BDYPİ hərəkət iştirakçılarına xəbərdarlıq etdi

BDYPİ  hərəkət iştirakçılarına xəbərdarlıq etdi
05.04.2026 23:15 Общество

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, qurumdan hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bir çox bölgələrində yağıntılı hava şəraiti müşahidə olunduğu bildirilib.

Qeyd olunub ki, belə hava şəraiti yol örtüyünün sürüşkən olmasına, əyləc məsafəsinin artmasına və sürücülərin nəqliyyat vasitəsinə nəzarət imkanlarının zəifləməsinə səbəb olur ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

BDYPİ hərəkət iştirakçılarının diqqətinə çatdırıb ki, bu cür hava şəraitində həm sürücülər, həm də piyadalar tərəfindən daha diqqətli və məsuliyyətli davranılması xüsusi əhəmiyyət kəsb edir.

Sürücülərə tövsiyə olunub:

• Sürəti yol və hava şəraitinə uyğun seçsinlər, qəfil manevr və kəskin əyləcləmələrdən çəkinsinlər;

• Nəqliyyat vasitələri arasında ara məsafəni artıraraq təhlükəsiz hərəkəti təmin etsinlər;

• İşıqlandırma sistemlərinin sazlığını yoxlasınlar;

• Yağış zamanı yaranan su yığıntıları və sürüşkən sahələrdə ehtiyatlı hərəkət etsinlər;

• Piyada keçidlərinə yaxınlaşarkən sürəti əvvəlcədən azaltsınlar və piyadalara üstünlük versinlər.

Piyadalara da xatırladılıb:

• Yolu yalnız müəyyən edilmiş yerlərdən keçsinlər;

• Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin yaxınlaşıb-yaxınlaşmadığına əmin olsunlar;

• Yağıntılı hava şəraitində sürücülərin onları vaxtında görməsinin çətinləşdiyini nəzərə alsınlar;

• Tələsik və qəfil hərəkətlərdən çəkinərək öz təhlükəsizliklərinə xüsusi diqqət yetirsinlər.

BDYPİ bir daha diqqətə çatdırıb ki, əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına əməl olunmaması ağır nəticələrə səbəb ola bilər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Yarım milyonluq dələduzluqla bağlı məhkəmədə yeni qərar çıxarıldı 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Все новости