Bakıda “Alman Birliyi Günü” qeyd olundu

Bakıda “Alman Birliyi Günü” qeyd olundu
03.10.2025 23:50 Cəmiyyət
Bu gün Bakıda Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Alman Birliyi Günü” qeyd olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi, xarici ölkə səfirləri və ataşelər, diplomatlar, Milli Məclisin deputatları, Azərbaycanda Katolik Kilsəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimin başlanğıcında Azərbaycan və Almaniya dövlət himnləri səsləndirilib.

Ardınca Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann çıxış edərək, ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafından söz açıb və bu əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Sonra isə fəxri qonaq qismində dəvət olunan Azərbaycan Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov çıxış edib.

O, iqtisadi, enerji, humanitar və digər sahələrdə Azərbaycan-Almaniya tərəfdaşlığı çərçivəsində görülən işlərdən danışıb və ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edib.

Tədbir bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, 3 oktyabr 1990-cı ildə Şərqi Almaniya (Almaniya Demokratik Respublikası) rəsmən Qərbi Almaniya (Almaniya Federativ Respublikası) ilə birləşərək vahid Almaniya dövlətini yaradıb.

XƏBƏR LENTİ
04 IYUN 2026
Zahid Oruc "seçici" kimi Paşinyana 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Bütün Xəbərlər