Bahar Muradova Milli Mətbuat Günü münasibətilə paylaşım etdi

Bahar Muradova Milli Mətbuat Günü münasibətilə paylaşım etdi
22.07.2025 11:29 Cəmiyyət

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradova 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli jurnalistlər, media nümayəndələri!

Sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, milli jurnalistikamızın inkişafında əvəzsiz rol oynayan bütün media əhlinə möhkəm cansağlığı, peşəkar fəaliyyətinizdə uğurlar və davamlı ilham arzulayıram!

Azərbaycan mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə milli oyanışın, maarifçiliyin və xalqla səmimi dialoqun təməlini qoymuşdur. 

Bu gün isə  mətbuatımız çağdaş dövrün tələblərinə cavab verən güclü informasiya institutuna çevrilərək həm milli kimliyin, həm də müasirliyin təbliğində və qorunmasında əvəzsiz rol oynayır.

Media nümayəndələri xalqımızın müqəddəs dəyərlərinin, milli-mənəvi irsinin, ailə institutunun və dövlətçilik prinsiplərinin qorunması naminə ön cəbhədə çalışan fikir əsgərləridir. 

Xüsusilə də ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclərin sağlam ruhda formalaşması və ənənəvi identikliyimizin yaşadılması istiqamətində media üzərinə böyük məsuliyyət düşür. 

Dövlətimizin bu sahəyə verdiyi yüksək önəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ailə institutunun gücləndirilməsi və dəyərlərimizin təbliği istiqamətində həyata keçirilən ardıcıl siyasətdə də aydın şəkildə öz əksini tapır.

Mətbuat həm də milli maraqlarımızın qorunmasında, informasiya təhlükəsizliyinin təminində və ictimai-siyasi proseslərin balanslı şəkildə işıqlandırılmasında mühüm vasitədir. 

44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan mediası öz peşəkarlığı və milli mövqeyi ilə cəmiyyətin etimadını qazanmışdır.

Ənənəyə sadiq qalaraq bu il də Prezident İlham Əliyev media nümayəndələrinin bir qismini orden və medallarla təltif etmişdir. 

Bu sərəncam, dövlət başçısının milli mətbuata göstərdiyi diqqət və etimadın parlaq təzahürüdür. Bu həm də jurnalistikanın cəmiyyət üçün necə dəyərli və zəruri bir sahə olduğunun dövlət səviyyəsində təsdiqidir.

Gələcəkdə də Azərbaycan mediasının əsas vəzifələri – qlobal informasiya axınında milli mövqeləri qorumaq, milli-mənəvi dəyərləri yaşatmaq, vətəndaş cəmiyyətinin formalaşmasına dəstək vermək və beynəlxalq informasiya məkanında ölkəmizin həqiqətlərini dünyaya çatdırmaq olacaqdır.

Bir daha sizi bu əlamətdar gün münasibətilə təbrik edir, Vətənə, dövlətə və cəmiyyətə xidmət yolunda möhkəm iradə, peşə fəaliyyətinizdə daimi uğurlar arzulayıram!

Milli Mətbuat Gününüz mübarək olsun!".

XƏBƏR LENTİ
01 IYUN 2026
Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 Bütün Xəbərlər