AZANS beynəlxalq mükafata layiq görüldü

AZANS beynəlxalq mükafata layiq görüldü
16.05.2025 17:33 Cəmiyyət

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi hava hərəkətinin idarə edilməsi sahəsində ən nüfuzlu mükafatlardan biri sayılan “ATM Awards 2024” beynəlxalq mükafatının “Collaboration and Community” kateqoriyasında yüksək yerə layiq görülüb.

Bu barədə TodayPress TV-yə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Bu nominasiyada müxtəlif aviasiya sektorunun iştirakçıları arasında əməkdaşlıq vasitəsilə hava hərəkətinin idarə edilməsində dayanıqlı, çevik və effektiv inkişafı təşviq edən layihələr dəyərləndirilir. 

AZANS bu uğuru "NATS Green Aviation Insights" (GAIN) layihəsi çərçivəsində əldə edib. NATS (Böyük Britaniya), AZANS (Azərbaycan), CAAM (Malayziya) və "skeyes" (Belçika) kimi aparıcı aeronaviqasiya xidməti təminatçıları ilə birgə həyata keçirilən layihə bu kateqoriyada ikinci yerə layiq görülüb.

Birinci yeri isə “Collaboration and Community” nominasiyasında pilotsuz uçuş aparatlarının ümumi hava məkanına inteqrasiyası layihəsi ilə ABŞ-nın Federal Aviasiya İdarəsi (FAA) və NASA qazanıb.   

“GAIN layihəsinin yüksək səviyyədə tanınması və FAA ilə NASA-nın təşəbbüsü ilə yanaşı ən yaxşılar arasında yer alması bizim üçün böyük şərəfdir. Bu nailiyyət AZANS-ın hava hərəkətinin idarə edilməsi sahəsində dayanıqlı yanaşmaların inkişafına verdiyi fəal töhfəni nümayiş etdirir və Azərbaycanın qlobal aviasiya arenasındakı mövqeyini daha da möhkəmləndirir.

Bütün tərəfdaşları və layihə iştirakçılarını səmimi-qəlbdən təbrik edirik!” — deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.   

GAIN təşəbbüsü hava hərəkətinin idarə edilməsi sahəsində ekoloji dayanıqlılığı artırmağa yönəlmiş beynəlxalq bir layihədir.

O, şəffaflıq, məlumatlara əsaslanan yanaşma və aeronaviqasiya təminatçıları arasında müqayisəli təhlil mexanizmlərinin tətbiqi ilə həyata keçirilir.

GAIN müxtəlif ölkələrdən olan tərəfdaş qurumların əməkdaşlığının daha ekoloji və texnoloji cəhətdən inkişaf etmiş bir aviasiya gələcəyinin formalaşmasında oynadığı mühüm rolu nümayiş etdirir. 

ATM Awards 2024 mükafatının nəticələri Airspace World 2025 sərgisi çərçivəsində, 13-15 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində açıqlanıb.

FOTOLAR

AZANS beynəlxalq mükafata layiq görüldü — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Bütün Xəbərlər