Hərbi prokuror Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşdü

Hərbi prokuror Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşdü
20.10.2025 15:03 Hərbi

Hərbi prokuror Bəhruz Əhmədov Vətən müharibəsinin beşinci ildönümü ilə bağlı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən, eləcə də əldə olunan şanlı qələbədən danışılıb.

Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra etməyə və ölkə ərazisini qorumağa hazır olduqlarını bildiriblər.

Bundan sonra xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş etdirilib.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və onlar xidməti fəaliyyətdə uğurlar arzulanıb.

TodayPress TV

FOTOLAR

Hərbi prokuror Müdafiə Nazirliyinin xüsusi təyinatlıları ilə görüşdü — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər