"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi

"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
24.10.2025 14:07 Hərbi

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə Türkiyənin Qars vilayətində təşkil olunan üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.

Üçtərəfli "Eternity - 2025" kompüter dəstəkli komanda qərargah təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.

TodayPress TV

FOTOLAR

"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi — 1
"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi — 2
"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi — 3
"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi — 4
"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi — 5
"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi — 6
"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi — 7
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər