"Birlik – 2025" birgə təliminin koordinasiya toplantısı keçirildi

"Birlik – 2025" birgə təliminin koordinasiya toplantısı keçirildi
14.10.2025 00:32 Hərbi

Özbəkistanın Səmərqənd vilayətində "Birlik-2025" birgə regional təliminin koordinasiya toplantısı keçirilib.

Bu barədə TodayPress TV Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Təlimə cəlb edilən Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından olan kontingentlərin rəhbər heyəti təlimin tapşırıqları ilə tanış olublar.

Regional təlimin başlanğıc mərhələsi üzrə fəaliyyətlər bölmələr tərəfindən icra edilib.

"Birlik-2025" regional təlimində Azərbaycanın komando və PUA heyətləri təlimin əsas mərhələsinin 20 taktiki epizodu üzrə 14 fəaliyyətin icrasında iştirak edəcəklər.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər