Qəzzada atəşkəs mütləqdir! Uzunmüddətli sülh üçün…

Qəzzada atəşkəs mütləqdir! Uzunmüddətli sülh üçün…
02.06.2025 16:33 Təhlil

“Qəzzada atəşkəs mütləq lazımdır, lakin uzunmüddətli sülh üçün bu yetərli deyil”.

Politoloq Aydın Quliyev bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Qəzza zolağında davam edən münaqişənin aradan qaldırılması üçün atəşkəsə nail olunması zəruridir, lakin bu addım təkcə müvəqqəti humanitar həll kimi deyil, ümumilikdə Fələstin probleminin həlli kontekstində dəyərləndirilməlidir. 

"Qəzza tərəfi genişmiqyaslı hücuma məruz qaldığı üçün atəşkəsdə əsas maraqlı tərəf onlardır. Lakin bu razılaşma aydın və məqsədyönlü şərtlərlə baş verməli və mütləq şəkildə yerinə yetirilməlidir. Qısamüddətli atəşkəs razılaşmaları, məsələn, 30 və ya 60 günlük humanitar fasilələr, əgər yalnız əsir və girovların dəyişdirilməsi ilə yekunlaşacaqsa, bu, uzunmüddətli təhlükəsizlik və davamlı sülh üçün yetərli ola bilməz. Keçmişdəki iki aylıq atəşkəs dövrü də real nəticələr vermədi, yalnız məhdud sayda humanitar mübadilələrlə yadda qaldı".

Analitik diqqətə çatdırıb ki, hazırda Fələstin və İsrail tərəflərinin tələbləri və məqsədləri kökündən fərqlənir. İsrail Qəzzanı tam nəzarət altına almağa və İordan çayının qərb sahilində yeni yahudi yaşayış məntəqələri salmaqla Fələstin dövlətinin müstəqil şəkildə təşəkkül tapması imkanlarını sıfırlamağa çalışır. İsrailin artıq 22 yeni yəhudi yaşayış məntəqəsinin salınması ilə bağlı qərar verməsi bu istiqamətdə konkret planların olduğunun sübutudur:  

“Belə bir vəziyyətdə Fələstinin bir dövlət kimi mövcudluq haqqı pozulur və bu da regiona ümidlə baxmağa imkan vermir. Yaxın Şərqdə davamlı sülh yalnız “iki dövlət modeli” əsasında mümkün ola bilər. Yəni həm müstəqil Fələstin, həm də müstəqil İsrail dövlətinin varlığı və təhlükəsizliyi qarşılıqlı şəkildə tanınmalıdır".

A. Quliyev sonda vurğulayıb ki, əgər bu prinsip qəbul olunmasa, Yaxın Şərqdə qanlı münaqişələrə son qoymaq mümkün olmayacaq və atəşkəslər yalnız müvəqqəti humanitar pauzalar olaraq qalacaq.

Qeyd edək ki, HƏMAS Qəzza zolağında atəşkəslə bağlı İsraillə vasitəçilər yolu ilə olan danışıqlara qayıtmağa hazır olduğunu açıqlayıb. Misir və Qətər isə 60 günlük atəşkəsin tez bir zamanda əldə olunacağına ümidli olduqlarını bildiriblər. Hazırda danışıqlar prosesi davam edir.

Töhfə Səməd

FOTOLAR

Qəzzada atəşkəs mütləqdir! Uzunmüddətli sülh üçün… — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Bütün Xəbərlər