İran və İsrail atəşkəsi: “Taktiki fasilə”, yoxsa…

İran və İsrail atəşkəsi: “Taktiki fasilə”, yoxsa…
07.07.2025 17:43 Təhlil

“İran və İsrail arasındakı 12 günlük müharibənin ABŞ Prezidenti Donald Tramp tərəfindən dayandırılması məcburi xarakter daşıdı. Tərəflər Trampın təklifini məcbur qəbul etdilər”. 

Politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O xatırladıb ki, tərəflər qələbəyə yaxın olduğunu hiss etsə də, hər iki tərəfdə ciddi müdafiə problemləri ortaya çıxıb: 

“İran hava məkanına nəzarəti tamam itirmiş, ölkə daxilində kəşfiyyatın zəifliyi üzə çıxmışdı. Ölkədə hərbi rəhbərliyə qarşı sui-qəsdlər törədilmişdi. Ölkə faktiki olaraq başsız qalmış, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin belə yeri və ya sağ olduğu bəlli deyildi. İsrail hava məkanı da İran raketləri qarşısında çox böyük zəifliklərlə qarşılaşmışdı. Ona görə hər iki tərəfə atəşkəs lazım idi. Görünən odur ki, tərəflər bu zəifliklərini aradan qaldırılması yolları ilə məşğuldurlar. Amma İranın Rusiya və Çindən silah alması üçün illər lazımdır”.

Ekspertə hesab edir ki, "taktiki fasilə" İsrailə yarayacaq: 

“İsrail ABŞ-dən "B2" “xəyalət təyyarəsi” və dərinlik bombası olan "GBU-57" almaq üzrədir. Bu dəfə baş verəcək müharibənin daha dağıdıcı olacağı ehtimalı böyükdür. İsrail əldə etdiyi üstünlüyü əldən vermək istəməz. İsrailin hücum paketində hələ hansı sürprizlər var, bunu yalnız proseslər göstərəcək”. 

Qeyd edək ki, ekspertlərin fikrincə, 12 günlük qarşıdurmadan sonra əldə İsrail və İran arasında olunan atəşkəs sülh yox, sadəcə “taktiki fasilə”dir. 

Hesab olunur ki, İran bu dövrdə nüvə strategiyasını yenidən gözdən keçirir, hipersonik raket və dron hücumlarına hazırlaşır, Rusiyadan S-400, Su-35 və Çindən J-10/J-20 döyüş təyyarələri almaq istəyir, Uran ehtiyatını gizli bölgələrə daşıyır. İsrail isə regiondakı hərbi üstünlüyünü qorumağa çalışır.

Qiymət Mahir

FOTOLAR

İran və İsrail atəşkəsi: “Taktiki fasilə”, yoxsa… — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı idi, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Sürət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Bütün Xəbərlər