Ət məhsulları üzrə özünütəminetmə səviyyəsi azaldı

Ət məhsulları üzrə özünütəminetmə səviyyəsi azaldı
04.09.2025 14:31 Kənd Təsərrüfatı

2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4% təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb.

TodayPress TV xəbər verir ki, hesabat dövründə mal əti və ət məhsulları üzrə göstərici 88,5% olub.

Bu isə əvvəlki ilin nəticəsindən (88,4%) 0,1 faiz bəndi çoxdur.

Ən ciddi azalma quş əti üzrə qeydə alınıb. Belə ki, 2024-cü ildə göstərici 76,6% təşkil edib ki, bu da 2023-cü ildəki 81,7%-lə müqayisədə 5,1 faiz bəndi aşağıdır. Balıq və balıq məhsullarında isə artım müşahidə olunub – 2024-cü ildə 77,3%, əvvəlki il isə 75,4% idi (artım 1,9 faiz bəndi).

Qeyd edək ki, bu dövrdə qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsi 96,5%-ə yüksəlib (2023-cü ildə – 94,9%), süd və süd məhsullarında isə göstərici 83,9% təşkil edib ki, bu da əvvəlki ilin nəticəsi (84%) ilə müqayisədə 0,1 faiz bəndi azdır.

Yumurtada isə artım davam edib – 2024-cü ildə göstərici 103,7% təşkil edib ki, bu da 2023-cü illə (102,2%) müqayisədə 1,5 faiz bəndi çoxdur.

Xatırladaq ki, ötən il ölkədə ət istehsalı 386 min 323 ton, idxalı isə 78 min 453 ton təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər