Prezident Slovak heyəti qəbul etdi

Prezident Slovak heyəti qəbul etdi
13.05.2026 11:51 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri, o cümlədən Rixard Raşi ilə görüşünü məmnunluqla xatırladı.

Müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişafını vurğulayan dövlətimizin başçısı qarşılıqlı hörmətə, dostluğa və tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin genişlənməsində parlamentlərimiz arasındakı münasibətlərin roluna toxundu.

Prezident İlham Əliyev Rixard Raşinin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlməsinin önəmini qeyd edərək, bildirdi ki, bu, tərəfdaşlığımızın daha bir göstəricisidir.

Qəbula görə nümayəndə heyəti adından minnətdarlığını ifadə edən qonaq dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini dedi.

Rixard Raşi Azərbaycan Prezidentinə Slovakiyaya ilk rəsmi səfər etdiyinə görə minnətdarlığını bildirdi.

Dəfələrlə ölkəmizə səfər etdiyini məmnunluqla xatırlayan qonaq 2022-ci ildə Azərbaycana səfəri çərçivəsində Şuşada olduğunu dedi. O bildirdi ki, bu səfəri əsnasında da Qarabağa gedəcək, orada aparılan bərpa-quruculuq işləri, həmçinin Xankəndidə Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olacaq.

Rixard Raşi Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülhün gücləndirilməsi üçün ölkəmiz tərəfindən görülən tədbirlərdən danışdı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da daxil olmaqla ölkələrimiz arasında ticarət münasibətlərinin yaradıldığını dedi.

Söhbət zamanı Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu vurğulanaraq, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi.

Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakına toxunularaq, bunun Azərbaycan-Slovakiya dostluğunun göstəricisi olduğu vurğulandı.

Görüşdə beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əməkdaşlıq müzakirə olundu, iqtisadi-ticari, enerji, müdafiə sənayesi, təhsil, humanitar, müasir texnologiyalar, mədəniyyət, idman, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Tezliklə Bakı ilə Bratislava arasında birbaşa uçuşların həyata keçiriləcəyi bildirilərək, bunun turizm və insanlararası təmasların genişlənməsinə töhfə verəcəyi qeyd olundu.

TodayPress TV

PHOTOS

Prezident Slovak heyəti qəbul etdi — 1
Prezident Slovak heyəti qəbul etdi — 2
Prezident Slovak heyəti qəbul etdi — 3
Prezident Slovak heyəti qəbul etdi — 4
Prezident Slovak heyəti qəbul etdi — 5
Prezident Slovak heyəti qəbul etdi — 6
Prezident Slovak heyəti qəbul etdi — 7
Prezident Slovak heyəti qəbul etdi — 8
NEWS FEED
01 JUNE 2026
Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 All News