Alar Karis Azərbaycan Prezidentini təbrik etdi

Alar Karis Azərbaycan Prezidentini təbrik etdi
25.05.2026 20:00 Xarici siyasət

Estoniya Prezidenti Alar Karis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bugünkü mürəkkəb qlobal şəraitdə çoxtərəfli çərçivələr vasitəsilə, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çərçivəsində sıx əməkdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır. Birgə fəaliyyət göstərməklə biz BMT Nizamnaməsinin prinsiplərini daha yaxşı qoruya və daha təhlükəsiz, daha ədalətli və daha dayanıqlı dünyanın qurulmasına töhfə verə bilərik.

Bu baxımdan ikitərəfli münasibətlərimizdə müşahidə olunan davamlı irəliləyişi məmnunluqla qarşılayır və qarşıdakı illərdə ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 All News