UEFA Ribeyronu “Neftçi”yə buraxmadı

UEFA Ribeyronu “Neftçi”yə buraxmadı
05.08.2025 17:36 UEFA

Yunanıstanın “Aris” klubuna qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda birbaşa qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyronun cəzası məlum olub. 

TodayPress TV xəbər verir ki, Avropanın ali futbol qurumu müdafiəçini 1 oyunluq cəzalandırıb. 

28 yaşlı futbolçu cəzasını Naxçıvan təmsilçisinin Kipr “Omoniya”sına qarşı III təsnifat mərhələsinin Bakıdakı ilk oyununda çəkəcək. 

Klub rəhbərliyi braziliyalı stopperi qarşıdakı oyunlar üçün də sifariş ərizəsində saxlayacaq. Ribeyronun “Omoniya” ilə Nikosiyada baş tutacaq cavab matçında meydana çıxması istisna edilmir.

Sambaçı yay transfer dövründə “Neftçi” ilə müqavilə bağlasa da, klublararası razılaşmaya əsasən, o, avqustun 1-dək “Araz-Naxçıvan”a Konfrans Liqasında kömək etməli idi. Lakin futbolçu “Aris”lə cavab görüşündə qırmızı vərəqə aldığından, avrokubok cəzasını hansı klubda çəkəcəyi sual doğururdu. O, “Neftçi”yə indi qayıtsaydı, “ağ-qaralar” gələn mövsüm avrokuboklara vəsiqə qazanacağı təqdirdə, ilk matçda onun xidmətindən məhrum olacaqdı.

Bu səbəbdən “Araz-Naxçıvan” Ribeyronu “Omoniya” ilə matçın sifariş ərizəsindən çıxarmayıb. 

(Teleqraf)

Namiq HUN

XƏBƏR LENTİ
02 IYUN 2026
Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Bütün Xəbərlər