Çempionlar Liqasında dramatik gecə: qollar, rekordlar, sensasiya!

Çempionlar Liqasında dramatik gecə: qollar, rekordlar, sensasiya!
11.03.2026 11:30 UEFA

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarının bir qismi keçirilib. Baş tutan qarşılaşmalarda “Atletiko” və “Bavariya” böyük hesablı qələbələr qazanaraq demək olar ki, 1/4 finala vəsiqəni təmin ediblər.

Digər iki cütdə isə intriqa hələ də qalmaqdadır. “Qalatasaray” minimal hesabla “Liverpul”u məğlub edib, “Barselona” isə “Nyukasl Yunayted”lə səfər oyununda son saniyələrdə vurulan penalti qolu sayəsində məğlubiyyətdən xilas olub.

“QALATASARAY” – “LİVERPUL” 1:0

İstanbul təmsilçisi payızda olduğu kimi bu dəfə də “Liverpul” üzərində minimal üstünlüyünü qorumağı bacarıb. Oyunun əvvəlində künc zərbəsindən sonra Viktor Osimhenin ötürməsini Mario Lemina qola çevirərək matçın taleyini həll edib. Matçın ən yaxşı oyunçusu da elə Lemina seçilib.


Bununla belə, Türkiyə çempionunun cavab görüşündə də qapısını toxunulmaz saxlaya biləcəyi sual altındadır. Çünki komandanın mərkəz müdafiəçisi Davinson Sançes cəzalı olduğu üçün İngiltərədə keçiriləcək oyunda iştirak edə bilməyəcək.

“ATALANTA” – “BAVARİYA” 1:6

Almaniya çempionu “Bavariya” Berqamoda “Atalanta” üzərində böyük hesablı qələbə qazanaraq iki oyundan ibarət qarşılaşmada ciddi üstünlük əldə edib.


Yosip Stanişiç hesabı açdıqdan sonra Serj Qnabri və Maykl Olise 25-ci dəqiqəyədək fərqi üç topa çatdırıblar. Fasilədən sonra Nikolas Cekson əks-hücumda fərqlənib, Olise isə ikinci qolunu vurub. Sonradan meydana daxil olan Camal Musiala altıncı qola imza atıb. Oyunda son sözü isə əlavə vaxtda fərqlənən Mario Paşaliç deyib. Dubl müəllifi Maykl Olise matçın ən yaxşı oyunçusu nominasıyasının da qalibi olub. 

“NYUKASL YUNAYTED” – “BARSELONA” 1:1

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Nyukasl Yunayted” və “Barselona” arasında keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Kataloniya təmsilçisi matçın son saniyələrində vurulan penalti qolu sayəsində məğlubiyyətdən xilas olub. Lamin Yamal Malik Tiavın qayda pozuntusuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. “Barselona” oyunda qapıya cəmi ikinci dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.


Kataloniyalıların müdafiə xətti İngiltərənin şimalında keçirilən ardıcıl ikinci səfər oyununda da inamlı təsir bağışlayıb. “Nyukasl”ın fasiləsiz hücumlarına baxmayaraq, qonaqlar yalnız bir qol buraxıblar.

Əvvəlki qarşılaşmada olduğu kimi, ilk hissə qolsuz başa çatıb. Sentyabrda keçirilən oyunda dubla imza atan Markus Reşfordun sonradan meydana daxil olması da oyunun gedişini dəyişməyib.

Matçın 86-cı dəqiqəsində Harvi Barns Ceykob Mörfinin kəskin ötürməsindən sonra qapını dəqiq nişan alaraq hesabı açıb. Lakin “Nyukasl” üstünlüyünü sona qədər qoruya bilməyib. Amma bu Barnsın matçın ən yaxşı oyunçusu seçilməsinə mane olmayıb. 

“ATLETİKO” – “TOTTENHEM” 5:2

“Atletiko” öz meydanında “Tottenhem”i 5:2 hesabı ilə məğlub edərək cavab oyunu öncəsi böyük üstünlük əldə edib.

Madrid klubunun ilk 22 dəqiqədə vurduğu dörd qol oyunun taleyini demək olar ki, həll edib. Markos Lyorente, Xulian Alvares və Antuan Qrizmann rəqib müdafiəsinin səhvlərindən yararlanıblar. Robin Le Norman isə künc zərbəsindən sonra qapıçı Qulyelmo Vikarionun uğursuz müdaxiləsindən sonra fərqlənib.


“Tottenhem”in heyətində Pedro Porro və Dominik Solanke qollar vursalar da, Alvares sürətli əks-hücumun sonunda ikinci qolunu vuraraq həm komandasının üstünlüyünü möhkəmləndirib, həm də oyunun baş mükafatını qazanıb. 

Namiq HUN

NEWS FEED
01 JUNE 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 All News