Türkiyənin dünyaya bəxş etdiyi şirin ləzzət – Dünya Paxlava Günü qeyd olunur

Türkiyənin dünyaya bəxş etdiyi şirin ləzzət – Dünya Paxlava Günü qeyd olunur
12.11.2025 10:31 Turizm

Türkiyənin dünyaca məşhur paxlavası – qızılı rəngi, nazik xəmiri və yüngül şərbəti ilə dadan hər kəsin damaq yaddaşında unudulmaz iz buraxan bu şirniyyat – artıq dünyanın ən tanınan desertlərindən birinə çevrilib.

TodayPress TV xəbər verir ki, Türkiyənin ixrac imkanlarının genişlənməsi və müxtəlif ölkələrdə açılan türk şirniyyat mağazaları sayəsində paxlavanın şöhrəti çoxdan sərhədləri aşıb. Amerikadan Yaponiyaya qədər açılan türk şirniyyat dükanlarında insanlar orijinal ləzzəti dadmaq üçün növbəyə düzülürlər.

Mütəxəssislərin fikrincə, bu ləzzəti tam mənası ilə hiss etməyin ən doğru ünvanı onun vətəni – Türkiyədir. Üstəlik, bu zövqü yaşamaq üçün ən gözəl vaxt da yaxınlaşır. Hər il 17 noyabrda qeyd olunan Dünya Paxlava Günü bu unikal desertin mədəni dəyərini və dünyaya yaydığı şirin enerjini bir daha xatırladır.

Ənənəvi olaraq 40 qat nazik yufka xəmiri, içlikdə fıstıq və ya qoz, üzərinə isə şərbət əlavə edilməklə hazırlanan paxlava Türk mətbəxinin ən məşhur desertlərindən biridir. Osmanlı dövründən nəsildən-nəslə ötürülən bu resept bu gün də ölkənin kulinariya irsinin ayrılmaz hissəsidir.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş yufka (nazik xəmir) ənənəsindən qaynaqlanan paxlava öz mükəmməl formasını Osmanlı saray mətbəxlərində tapıb. O dövrdə ustalar xəmiri son dərəcə incə açaraq bu şirniyyatı həm zövq, həm də peşəkarlıq nümunəsinə çeviriblər.

Bir vaxtlar saray süfrələrinin rəmzi olan paxlava bu gün də Türkiyədə qonaqpərvərliyin və bayram süfrələrinin ayrılmaz hissəsidir. Çay və ya qəhvə ilə təqdim edilən, toylarda və dini bayramlarda süfrələri bəzəyən paxlava insanların bir araya gəldiyi, birlik və paylaşımın simvoluna çevrilib

Bu gün paxlava dünyanın bir çox ölkəsində desertsevərlərin ən çox seçdiyi ləzzətlərdən biridir. Sosial şəbəkələrdə müxtəlif reseptlər və paylaşımlarla bu desertin populyarlığı getdikcə artır. Lakin əsl paxlava hazırlamaq həm ustalıq, həm səbir, həm də istifadə olunan məhsulların keyfiyyətini dərindən bilməyi tələb edir.

Ən keyfiyyətli paxlava Türkiyənin cənub-şərqində yerləşən Qaziantep şəhərində hazırlanır. Qaziantep UNESCO-nun Qastronomiya üzrə Yaradıcılıq Şəbəkəsinin üzvüdür və bu şəhərin paxlavası Avropa İttifaqı tərəfindən mühafizə olunan mənşə adı statusu alan ilk türk məhsuludur.

Qaziantep paxlavasını fərqləndirən əsas cəhətlər yalnız ustaların xəmiri şəffaf incəlikdə açmaq bacarığı deyil, həm də bölgəyə məxsus yüksək keyfiyyətli Antep fıstığı və yerli kərə yağıdır. Şəhərin ustaları xəmiri əl ilə açır, qatlar arasına bol fıstıq və yağ əlavə edərək odun sobasında bişirirlər. Bu üsul paxlavaya özünəməxsus qızılı rəng və xırtıldayan tekstura qazandırır.

Bişdikdən sonra üzərinə xüsusi hazırlanmış şərbət əlavə olunur və desert asta şəkildə onu çəkir. Nəticədə xaricdən xırtıldayan, daxildən isə yumşaq və balanslı şirinliyə malik Qaziantep paxlavası yaranır – Türkiyə qastronomiyasının ən seçilən simvollarından biri.

Ənənədən müasirliyə – saysız paxlava növləri

Qaziantep paxlavası ilə yanaşı, Türkiyənin müxtəlif bölgələrində bu məşhur desertin çoxsaylı növləri hazırlanır. Hər bölgə onu özünəməxsus üsulla və fərqli ərzaqlarla bişirir.

Bəzi növlər formalarına görə adlanır:

“Havuç dilimi” paxlava – yerkökü dilimi formasında kəsilir;

“Midyə paxlava” – midyə formasında bükülür;

“Bülbül yuvası” – halqa şəklində bükülür.

Digər növlər isə tərkibinə görə fərqlənir:

Şöbiyyət – qatlar arasına qozla yanaşı qaymaq əlavə olunur;

Südlü Nuriye – şərbət əvəzinə südlə hazırlanır;

Quru paxlava – daha az şərbətlə bişirildiyi üçün xırtıldayan quruluğa malik olur;

Fıstıq sarma və qoz sarma – bol içlikli növlər arasında ən çox sevilənlərdir.

Son illərdə gənc aşpazlar klassik paxlavanı müasir tərzdə təqdim edirlər. Onlardan biri də “soyuq paxlava”dır – bu növ az şərbətlə, südlə və şokoladla hazırlanır və qısa zamanda Türkiyədə ən çox sifariş edilən desertlərdən birinə çevrilib.

İstər ənənəvi, istərsə də müasir formada təqdim olunsun, paxlava hər zaman öz dəyərini qoruyur. Dünya Paxlava Günündə bu məşhur desertin müxtəlif növlərini dadmaq və öz “şirin səyahətinizə” çıxmaq üçün ən uyğun vaxtdır.

TodayPress TV 

PHOTOS

Türkiyənin dünyaya bəxş etdiyi şirin ləzzət – Dünya Paxlava Günü qeyd olunur — 1
Türkiyənin dünyaya bəxş etdiyi şirin ləzzət – Dünya Paxlava Günü qeyd olunur — 2
Türkiyənin dünyaya bəxş etdiyi şirin ləzzət – Dünya Paxlava Günü qeyd olunur — 3
Türkiyənin dünyaya bəxş etdiyi şirin ləzzət – Dünya Paxlava Günü qeyd olunur — 4
NEWS FEED
31 MAY 2026
CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 All News