Turistlərin 80 faizi Bakını seçir – Deputat SƏBƏBİ AÇIQLADI

Turistlərin 80 faizi Bakını seçir – Deputat SƏBƏBİ AÇIQLADI
03.11.2025 10:48 Turizm

“Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verir. Bu isə o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 20-si paytaxtdan kənara, rayonlara səfər edir”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


Deputatın sözlərinə görə, bu ilin ilk doqquz ayında turistlərin ən çox üz tutduğu ikinci istiqamət Qusar olub:

“Azərbaycana gələnlərin 6,4 faizi Qusarda, 4,2 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,6 faizi Şamaxıda, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qalıb”.


Vüqar Bayramov qeyd edib ki, bu dövrdə turistlərin gecələmə sayı da ötən illə müqayisədə artıb:

“2024-cü ilin yanvar–sentyabr ayları ilə müqayisədə bu göstərici 9,3 faiz yüksələrək 1 milyon 937 minə çatıb. Gecələmələrin 14,1 faizi Hindistan, 10,9 faizi Rusiya, 9,1 faizi Səudiyyə Ərəbistanı, 8,7 faizi Türkiyə, 4,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,6 faizi İsrail, 3,6 faizi Pakistan, 3,5 faizi ABŞ, 3,5 faizi Çin, 3,2 faizi Özbəkistan, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,3 faizi Böyük Britaniya, 1,2 faizi Almaniya, 1 faizi İtaliya, 0,8 faizi Gürcüstan, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,6 faizi Ukrayna, 21,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb”.

Parlamentarinin qənaətincə, bölgələr xarici turistlərin cəlb edilməsində paytaxtla rəqabətdə hələ də geridə qalır:


“Bakı şəhərinin inkişaf etmiş infrastrukturu bu fərqi müəyyən qədər izah etsə də, regional gecələmə göstəriciləri ilə paytaxt arasında hələ də ciddi fərq qalmaqdadır. Təəssüf ki, bölgələr öz turizm potensialını tam təqdim edə bilmir. Bu isə xarici turist axınının azalmasına səbəb olur”.

Vüqar Bayramov əlavə edib ki, regionlarda qiymətlərin yüksək, xidmət səviyyəsinin isə hələ də beynəlxalq standartlardan geridə olması problemi qalmaqdadır:

“Bu, o deməkdir ki, bölgələrin turizm potensialının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və daha çox turist cəlb edilməsi üçün sistemli tədbirlərə və dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 All News