Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir
11.08.2025 14:34 Turizm

Son günlər sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bir mənzərə var: səhərin ilk işıqları altında Kappadokiyanın “pəri bacaları” üzərində süzülən rəngbərəng hava şarları. Kappadokiya elə bir bölgədir ki, bənzəri yoxdur. Burada möhtəşəm “pəri bacaları”, günəşin doğuluşunu izləməklə müşayiət olunan hava şarı turları, qaya içində oyulmuş otellər və bir vaxtlar ilk xristianların sığındığı yeraltı şəhərlər var. Təkcə 2024-cü ildə bölgənin muzey və tarixi məkanlarını 4  milyon 370 mindən çox turist ziyarət edib. Beləliklə, Kappadokiya, Türkiyənin ən önəmli mədəniyyət mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib. Bölgənin simvoluna çevrilmiş hava şarı turları isə ötən il 933 min nəfərlə tarixi rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, Kappadokiya Avropa, Şimali Amerika və Uzaq Şərqdən gələn turistlərin sevimli ünvanına çevrilib.

Amma bu torpaqların cazibəsi yalnız təbiət gözəlliklərində deyil, əsrlərin süzgəcindən keçmiş, türk və Anadolu ənənələrinin, eləcə də yerli məhsulların sintezindən yaranan zəngin mətbəx mədəniyyəti də buranın ən dəyərli xəzinələrindəndir.

Artıq bu bənzərsiz kulinariya irsi Michelin bələdçisi tərəfindən də rəsmi olaraq tanınıb. Bu isə Kappadokiyaya təkcə təbiət və tarix həvəskarlarını deyil, həm də qastronomiya turistlərini cəlb dəcək yeni bir dalğanın başlanğıcı deməkdir. 

Kappadokiyada qastronomiya təcrübənizin əsas hissəsini, sözsüz ki, burada sizə təqdim olunacaq dadlı ət yeməkləri təşkil edəcək. İndi isə gəlin sizi bu unudulmaz mətbəx səyahətinə aparaq.

Təsəvvür edin ki, restoranda oturmusunuz, ofisiant alov içində qızmar bir gil qabı masanıza gətirir. Gözlərinizin önündə qabı çıraraq açır və içindən saatlarla yavaş-yavaş bişmiş, ətri hər tərəfi bürüyən yeməyi boşqaba tökür. Bu möcüzə “testi kababı” adlanır. Adını da bişirildiyi gil qabdan alır. Əminik ki, bu kulinariya şousunu sosial şəbəkələrdə görmüsünüz. Amma onu yerində, Kappadokiyada dadmaq tamam başqa bir hisdir, bəlkə də, sırf bu ləzzət üçün bura gəlməyə dəyər.

Testi kababı kimi təndir sobasında yavaş bişirilən digər ət yeməkləri də həm göz, həm də damaq üçün əsl bayramdır. Amma bu, hələ başlanğıcdır. Bölgənin daha bir məşhur dadı Kayseri mantısıdır. Burada mantı o qədər balacadır ki, bir qaşığa 40 ədəd sığır. Üzərinə qatıq, əridilmiş kərə yağı və türk mətbəxinə xas ədviyyatlarla bəzədilərək süfrəyə gəlir. Sizə qalan isə hər kiçik tikənin dadını çıxarmaqdır.

Və bu hələ hamısı deyil, Kappadokiyada dadılacaq daha çox ləzzət var.

Əgər sup həvəskarısınızsa, bölgəyə məxsus Ürgüp tarhanasını dada bilərsiniz. Bu, qatıq, yarma (qırıq buğda) və noxudla hazırlanır. Və ya tandır sobasında bişən ənənəvi tandır supunu sınaya bilərsiniz.

Daha yerli dadlara üz tutmaq istəsəniz, kayısı yahnisi (quru ərik və ət qarışığı, odun sobasında bişirilir), zerdəli plov (üzüm doşabı, badam və kişmişlə hazırlanmış ətirli plov), ət və qoz ilə doldurulmuş heyva dolması, eləcə də ağpakla (ağ lobya və yumşaq ətin gil qabda bişmiş güveci) sizin üçün doğru seçim olacaq.

Şirniyyat sevərlər üçün də Kappadokiya əsl cənnətdir: incir yağlaması (kərə yağında bişmiş əncir), balqabaq şirniyyatı, üzüm qatqılı köftür, üzərinə təmiz bal tökülmüş quru qaymaq və kərə yağı ilə hazırlanmış dolaz (un halvası) bunlardan yalnız bir neçəsidir.

Amma elə bir şirniyyat var ki, təqdimata ehtiyacı yoxdur. Türkiyədəsinizsə, yəqin ki, artıq təxmin etdiniz - paxlava. Kappadokiyada isə bu ləzzət “Damat Baklava” adı ilə, Ürgüp üslubunda hazırlanır. 

 Əsrlər boyu ilk xristian rahiblərinin hazırladığı ləzzət: Kappadokiya şərabları

Pəri bacalarından tutmuş xüsusi gil qablarda bişən testi kababına qədər… Kappadokiya insanı daim heyrətləndirir. Burada dadacağınız yerli şərablar da sizi valeh edəcək.

Kappadokiyada şərabçılıq ənənəsi əsrlərlə davam edir və tarixi ilk xristian rahiblərinin yaşadığı dövrlərə qədər uzanır. Yeraltı şəhərləri və erkən xristian kilsələrini ziyarət etdikdə bunu daha aydın hiss edəcəksiniz.

Bol günəş, məhsuldar vulkanik torpaq bu bölgədə dadlı üzüm yetişdirmək üçün əvəzsiz şərait yaradır. Burada yetişdirilən yerli üzüm növlərinə Öküzgözü, Kalecik Karası, Boğazkere və Narince daxildir. Ancaq bölgənin ən məşhuru, təmiz və mineral dadlı ağ şərabı ilə tanınan Emir üzümüdür.

FOTOLAR

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir — 1
Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir — 2
Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir — 3
Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir — 4
Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir — 5
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Bütün Xəbərlər