Daha 157 turizm bələdçisinə vəsiqə verildi

Daha 157 turizm bələdçisinə vəsiqə verildi
16.02.2026 16:06 Turizm

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) nəzdindəki Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) sertifikatlaşdırma prosesi çərçivəsində 157 turizm bələdçisi müvafiq imtahan mərhələlərini tamamlayıb.

Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib.

Bildirilib ki, qiymətləndirmə prosesi müəyyən edilmiş standartlara uyğun şəkildə təşkil olunaraq, nəzəri biliklərin və praktiki bacarıqların yoxlanılmasını əhatə etməklə peşəkar bələdçi-ekspertlərin iştirakı ilə aparılıb.

Sertifikatlaşdırılmış 157 bələdçiyə vahid "Turizm bələdçisi" vəsiqəsi təqdim olunub və onların siyahısı ATB-nin rəsmi veb-saytının əsas səhifəsində "Sertifikatlaşdırılmış turizm bələdçiləri" bölməsinə (https://tourismboard.az/az/certified-guides) yerləşdirilib.

Sertifikatlaşdırma prosesi davamlı xarakter daşıyır. Namizədlərin müraciətləri mütəmadi əsasda qəbul olunur və təqdim olunan sənədlər müvafiq qiymətləndirmə mərhələsinə yönləndirilir. Sertifikat almaq üçün tələb olunan bütün mərhələləri uğurla tamamlayan turizm bələdçiləri barədə məlumatlar müntəzəm olaraq yenilənərək qeyd olunan bölmədə dərc ediləcək.

Turizm bələdçilərinin müvafiq qiymətləndirmə mexanizmləri əsasında sertifikatlaşdırılması turizm sektorunda xidmət keyfiyyətinin yüksəldilməsinə, peşəkar səriştəliliyin gücləndirilməsinə və turist məmnuniyyətinin artırılmasına töhfə verir. Eyni zamanda bu proses turizm bazarında standartlara uyğun və etibarlı bələdçilərin fəaliyyətinin təmin olunmasına xidmət edir.

"Turizm haqqında" qanunun 10.2-ci maddəsinə əsasən, sertifikatlaşdırılmış turizm bələdçiləri dövlət və bələdiyyə mülkiyyətində fəaliyyət göstərən muzeylərə, qalereyalara və dövlət qoruqlarına ödənişsiz daxil olmaq hüququna malikdirlər.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 All News