Azərbaycanın turizm imkanları Pakistanda tanıdıldı

Azərbaycanın turizm imkanları Pakistanda tanıdıldı
03.11.2025 12:45 Turizm

Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 27-31 oktyabr tarixlərində Pakistan turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını artırmaq məqsədilə Pakistanın Lahor, Karaçi və İslamabad şəhərlərində silsilə tədbirlər keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirlərdə “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, "Absheron Hotel Group" və 2 yerli turizm şirkəti təmsil olunub.

Pakistanın 200-dən çox turizm sənayesi və 21 media nümayəndəsini bir araya gətirən tədbirlər çərçivəsində B2B formatlı görüşlər, həmçinin Azərbaycanın turizm imkanları haqqında təqdimatlar keçirilib, Azərbaycanın sağlamlıq turizmi və biznes tədbirləri üzrə potensialı tanıdılıb.

İslamabadda keçirilən tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və Pakistan İslam Respublikasının Baş nazirinin Turizm məsələləri üzrə milli koordinatoru Sərdar Yasir İlyas Xan arasında görüş keçirilərək turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, 2025-ci ilin 9 ayı ərzində Pakistanda ölkəmizə 66 mindən çox ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir.

TodayPress TV

PHOTOS

Azərbaycanın turizm imkanları Pakistanda tanıdıldı — 1
Azərbaycanın turizm imkanları Pakistanda tanıdıldı — 2
Azərbaycanın turizm imkanları Pakistanda tanıdıldı — 3
Azərbaycanın turizm imkanları Pakistanda tanıdıldı — 4
Azərbaycanın turizm imkanları Pakistanda tanıdıldı — 5
NEWS FEED
01 JUNE 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 All News