Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olundu

Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olundu
21.11.2025 15:14 Turizm

Braziliyanın Belem şəhərində BMT-nin COP30 tədbiri çərçivəsində turizm və iqlim fəaliyyəti mövzusunda keçirilən yüksək səviyyəli tədbirlərdə Dövlət Turizm Agentliyinin nümayəndə heyəti ölkəmizi təmsil edib.

TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində təşkil edilən görüş və panel müzakirələrində Dövlət Turizm Agentliyinin nümayəndəsi Günay Bayramova COP29-dan sonra Azərbaycanın apardığı fəaliyyətlər və yeni prioritetlər barədə geniş məlumat təqdim edib. 

Günay Bayramova Azərbaycanın COP29-da göstərdiyi liderliyin - xüsusilə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bəyannamə”nin qəbuluna verdiyi dəstəyin turizm sektorunun qlobal iqlim gündəmində daha geniş tanınmasına mühüm töhfə verdiyi iştirakçıların diqqətinə çatdırıb. 

O bildirib ki, COP29 təcrübəsi turizmin bir çox ölkənin iqlim siyasətində hələ də lazımi qədər nəzərə alınmadığını göstərib və bu səbəbdən milli və beynəlxalq səviyyədə turizmlə iqlim siyasətlərini əlaqələndirə biləcək qlobal tərəfdaşlıq mexanizminin formalaşdırılması zəruridir. 

Müzakirələrdə yaradılmaqda olan "Qlobal Tərəfdaşlıq" təşəbbüsünün ölkələr və biznes subyektləri arasında koordinasiyanı gücləndirən mühüm platforma rolunu oynaya biləcəyi bildirilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) bu il 10-21 noyabr tarixlərində Braziliyanın Belem şəhərində keçirilib. 19-20 noyabr tarixləri "Turizm günləri" olaraq təşkil edilib. 

Turizm mövzusu COP tarixində ilk dəfə 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində 20 noyabr tarixinin "Turizm günü" olaraq gündəliyə daxil edilməsi ilə xüsusi diqqətdə saxlanılıb.

TodayPress TV 

PHOTOS

Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olundu — 1
NEWS FEED
01 JUNE 2026
ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 All News