“Bir milləti qırğına verdi, pələsəng elədi, ölkəni viran qoydurdu, tarixdə belə qalacaq” – Zelenski bizim sosial mediada

“Bir milləti qırğına verdi, pələsəng elədi, ölkəni viran qoydurdu, tarixdə belə qalacaq” – Zelenski bizim sosial mediada
21.05.2026 16:07 Təhlil

20 may 2019-cu ildə and içən bir aktyor yeddi il sonra dünyanın ən tanınan və ən mübahisəli siyasi simasına çevrildi. Bu yazıda nə onun tərəfini tutmuşam, nə düşmənlik etmişəm: Sadəcə faktlara, rəqəmlərə baxmışam, bir az da bizim ictimai rəyin süzgəcinə.

2019-cu ildə Volodimir Zelenski 73% səslə hakimiyyətə gəldi. Lakin sonrakı illər Ukrayna üçün geosiyasi tələ quruldu, amma yadımızda olar ki, gedişat müharibəyə aparırdı, daha sonra isə humanitar böhran mərhələsinə çevrildi. 2024-cü ilə qədər ölkə daxilində təxminən 6,8 milyon insan məcburi köçkün vəziyyətinə düşdü, 18 milyondan çox ukraynalı isə xarici ölkələrə miqrasiya etdi. Eyni dövrdə Qərb dövlətlərinin Ukraynaya hərbi yardımı 215 milyard dolları keçdi və bu müharibə XXI əsrin ən böyük siyasi-humanitar problemlərindən birinə çevrildi.

Zelenskinin 2019-cu ildəki qələbəsinə seçki kimi baxmaq indinin özündə də  doğru olmaz.  Ukrayna cəmiyyətinin köhnə siyasi elitaya dərin nifrətinin ifadəsi idi ki, o qalib gələ bildi. O, gəncliyində "Xalqın Xidmətçisi" serialında oynadığı prezident rolundan real prezident kürsüsünə addımlayan nadir insanlardandır, yəqin ki...

Ukrayna Transparency International indeksində 2018-ci ildə 180 ölkə arasında 120-ci yerdə idi. Seçicilərin 70%-dən çoxu "ənənəvi siyasətçiyə etibar etmirəm" deyirdi. Zelenski məhz bu boşluqdan siyasətə girdi - korrupsiyasız üz kimi, tanınan simа kimi o zaman çox cəlbedici idi. 

Günümüzdə sosial media müzakirələrində illərdir dəyişməyən, amma müzakirələrə səbəb olan şablon fikirlər mövcuddur:

"Zelenski nə etməli idi? Əfqan prezidenti kimi qaçmalı idi? Fərz edək o 2022-ci ildə ölkədən qaçaydı — sizcə Ukrayna gəncləri sağ qalacaqdı? Xeyir — Putin onları öz ordusuna qatacaqdı..."

Və ya başqa bir sosial media fəalı yazır: 

"Bir milləti qırğına verdi, gözəl bir ölkəni viran qoydurdu — tarixdə belə qalacaq."

Tam fərqli biri isə düşünür:

"21-ci yüzilliyin Corc Vaşinqtonu" — imperiyaya qarşı xalqını müdafiə edən lider kimi.

Amma müharibəni Zelenski başlatmamışdı axı:

• 2014 — Rusiya Krımı ilhaq edərək Ukrayna ərazisinin təxminən 27 min kvadrat kilometrini nəzarətə götürdü. Bu hadisə ilə  II Dünya müharibəsindən sonra Avropada baş verən ən ciddi ərazi dəyişikliklərindən biri baş verdi. Onunla da regionda yeni təhlükəsizlik böhranı başlandı.

• 2015–2017 — Donbas münaqişəsi daha da dərinləşdi. Luqansk və Donetsk separatçı qurumları — LXR və DXR — elan olundu. Minsk razılaşmaları imzalansa da, atəşkəs tam təmin edilmədi. Nəticədə 14 mindən çox insan həyatını itirdi və Ukraynanın şərqində qeyri-sabitlik davam etdi.

• 2019 — Volodimir Zelenski 73 faiz səslə prezident seçildi. O, seçki kampaniyasında müharibəni dayandırmaq, korrupsiyaya qarşı mübarizə aparmaq və siyasi sistemi yeniləmək vədləri verdi. 

• 2022 — 24 fevralda Rusiya Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləyə başladı. Müharibənin ilk günlərində ABŞ tərəfindən Zelenskiyə ölkəni tərk etməsi təklif olunsa da, o bunu rədd etdi. “Mənə silah lazımdır, nəqliyyat deyil” ifadəsi qısa zamanda müharibənin simvolik siyasi mesajlarından birinə çevrildi.

• 2024–2026 — Cəbhə xətti böyük ölçüdə sabitləşdi və diplomatik müzakirələr intensivləşməyə başladı. Ukrayna Avropa İttifaqına namizəd statusunu qorudu, eyni zamanda NATO ilə inteqrasiya istiqamətində danışıqları davam etdirdi. 


Azərbaycanda Zelenskiyə baxış niyə fərqlidir?

Azərbaycanlılar arasında Ukrayna müzakirəsi bir neçə səbəbdən fərqli baxış, yük daşıyır. 

"Necə ki ermənilər vasitəsilə Qarabağı 90-cı illərdə Azərbaycandan ayırmışdılar..."

Donbas da Rusiya dəstəkli separatçılar tərəfindən Ukraynadan alındı. Hər gün oxuduğumuz “dövlət sərhədlərinin tanınmaması”, “işğal altındakı torpaqlar”. Axı bu sözlər və ssenari tanışdır bizə.

1990-larda erməni silahlıları Rusiyanın dəstəyi ilə işğal etdikləri ərazilərimizdə törədilən qətliamlar, soyqırımları və daha sonra baş verən Vətən Savaşı…  necə də oxşayır proseslər.

Bu cür oxşarlıqlar Azərbaycanda Zelenskiyə simpatiyanı artırdı - çünki eyni şey baş verdi, o da bizim kimi  imperiyaya qarşı mübarizə aparmağa başladı. 

Böyük mübahisə: Zelenski müharibəni uzatdımı?

Bu, ən dərin çat yaradan sualdır. Rəylərdən artıq insanlar bir-birini ittiham etməyə başlayır.

Bir fikrə görə, kapitulyasiya daha çox həyat qurtarmazdı. Rusiya Brest sülhündəki kimi yenə də işğala davam edəcəkdi.

Qarşısındakı fikirdə olanlar isə deyirlər ki, Zelenski xalqı qırdırdı. Danışıqlar da uzana -uzana qaldı. Ölkə döndü silah bazarına. 

Zelenskinin başı üzərində bu dəfə mandat qılıncı sallanmağa başladı.

2024-cü ildə Zelenskinin prezidentlik müddəti başa çatdı. Hərbi vəziyyət şəraitində seçkilər keçirilmədi. Rusiyanın da təsiri ilə başlayan müzakirədə Zelenski diktator deyə yazılmağa başlandı. Hətta Putin onu legitim prezident kimi qəbul etmədiyini deyib, görüşlərdən boyun qaçırtdı. 

Əsas “öldürücü” sual da elə bu oldu:

"Ukrayna xalqı böyük səhv etdi." lider kimə xidmət edir: xalqına, yoxsa xalqın adından danışdığı ideyaya?

Müharibənin humanitar və iqtisadi nəticələri Ukrayna üçün son onilliklərin ən ağır böhranlarından birinə çevrildi. BMT-nin 2024-cü il üzrə rəsmi məlumatlarına əsasən, mülki itkilərin sayı 40 mindən çox qiymətləndirilir. Qeyri-rəsmi hesablamalara görə isə hərbi itkilər 200 min nəfəri ötüb.

Beynəlxalq Valyuta Fondunun (BVF) təxminlərinə əsasən, müharibənin Ukrayna iqtisadiyyatına vurduğu ümumi zərər 750 milyard dollar həddinə yaxınlaşıb. Buna baxmayaraq, 2024-cü ildə aparılan daxili sorğular Zelenskiyə ictimai dəstəyin hələ də yüksək olduğunu və təxminən 62 faiz civarında qaldığını göstərir. 

Tarix necə yazacaq?

Şərhlərdə "tarixdə əbədi qalacaq" ifadəsi dəfələrlə keçir. Bu doğrudur - lakin tarix birmənalı deyil. Hər böyük lider mübahisəli olaraq qalır: Çörçil Hindistanda cinayətkar, Avropada qəhrəman kimi xatırlanır. De Gaulle Əlcəzairdə, Fransada eyni deyildir.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

NEWS FEED
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 All News