Azərbaycanın Türkiyədəki səfirinin sözləri separatçıları özündən çıxardı

Azərbaycanın Türkiyədəki səfirinin sözləri separatçıları özündən çıxardı
19.05.2026 11:24 Təhlil

Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyənin “Cumhuriyet” qəzetinə müsahibəsində regionda normallaşma prosesləri barədə açıqlamalar verib. Bu açıqlamalar bəzi revanşist düşüncəli erməni siyasi fəallarını əməlli başlı narahat edib.

Səfir vurğulayıb ki, Azərbaycan Türkiyə ilə tam əlaqələndirilmiş siyasət aparır və Türkiyə Xarici İşlər Nazirliyi ilə daim təmas saxlayır. Məmmədov qeyd edib ki, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma prosesləri paralel şəkildə irəliləyir. “Biz addım-addım irəliləyərək bir-birimizlə uyğunlaşırıq”, – deyə səfir bildirib.

O xatırladıb ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları saxlanılır. 7 iyun seçkilərindən sonra Ermənistan konstitusiyanı dəyişdirməli və referendum keçirməlidir. Ərazi iddiaları aradan qaldırıldıqdan sonra ABŞ-da paraflanmış sülh müqaviləsi imzalanacaq. Bundan sonra isə həm Ermənistan-Türkiyə, həm də Ermənistan-Azərbaycan sərhədləri açılacaq. 

Səfirin bu sözlərindən sonra Ermənistan cəmiyyətində və xüsusilə Qarabağdan olan keçmiş separatçı dairələrdə hay-şüvən qopub.  Bir çox erməni şərhçi və siyasətçi bunu “yeni təslimçilik dalğası” kimi qiymətləndirir.

Onlar xatırladırlar ki, vaxtilə Qarabağdakı erməni silahlı birləşmələrinin komandirlərindən olan Monte Melkonyan demişdi: “Əgər Qarabağı itirsək, Ermənistan tarixinin son səhifəsini çevirəcəyik”.

Separatçılar hesab edir ki, əvvəlcə Qarabağın itirilməsi, sonra konstitusiyada dəyişikliklər və ərazi iddialarından imtina ilə bağlı tələblər “milli maraqlara zidd”dir.

Bəziləri deyir ki, bu proses “Qərbləşmə” adı altında milli dəyərlərin və simvolların silinməsi ilə başlayıb, indi isə xarici ölkələr Ermənistanın daxili konstitusiyasını necə dəyişməli olduğunu diktə edir.

Separatçılar  narahatdılar ki, Qarabağdan sonra Zəngəzur və Ermənistanın digər bölgələri də “təhlükə” altına düşə bilər.

Onlar bu vəziyyəti “ Ermənistanın sonu” kimi təqdim etməyə çalışırlar və daha çox güzəştə getməyin ölkəni zəiflədəcəyini iddia edirlər. Bir sözlə, Ermənistanı geriyə sürüməyə davam edirlər. Lakin bu reaksiyalar regiondakı reallığı dəyişmir. Azərbaycan dövlətinin mövqeyi birmənalıdır:

Sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması, konstitusiyada ərazi iddialarının tam ləğvi və qonşularla normal, qarşılıqlı hörmətə əsaslanan münasibətlər çərçivəsində mümkündür. Azərbaycan Türkiyə ilə birgə hərəkət edir və Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması üçün ardıcıl və prinsipial addımlar atır.

Bu proses Ermənistan rəhbərliyinin və cəmiyyətinin reallığı qəbul edib, keçmiş revanşist iddialardan imtina etməsindən asılıdır. Tarix dəfələrlə göstərib ki, bu tip revanşist iddialar Ermənistana  yalnız təcrid və gerilik gətirib. Sülh istəyənlər üçün isə yol açıqdır.

Jalə Rövşən

NEWS FEED
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 All News