Nəsimi rayonunda “Həmrəylik körpüsü” adlı tədbir keçirildi

Nəsimi rayonunda “Həmrəylik körpüsü” adlı tədbir keçirildi
27.12.2025 14:03 Siyaset en

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Həmrəylik körpüsü” adlı tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı “Konstitusiya və Suverenlik ili”nin ölkə üçün tarixi əhəmiyyəti vurğulanıb, milli həmrəyliyin möhkəmləndirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu qeyd edilib. Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birliyin, dövlətçilik iradəsinin və suverenlik anlayışının simvoludur.

Tədbirdə xüsusi olaraq şəhid ailələri və qazilərin iştirakına diqqət çəkilib, onların fədakarlığının Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin qorunmasında müstəsna rol oynadığı qeyd olunub. Vurğulanıb ki, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səsləndirilən təbriklərlə yekunlaşıb.

Qiymət Mahir

TodayPress TV 

PHOTOS

Nəsimi rayonunda “Həmrəylik körpüsü” adlı tədbir keçirildi — 1
Nəsimi rayonunda “Həmrəylik körpüsü” adlı tədbir keçirildi — 2
Nəsimi rayonunda “Həmrəylik körpüsü” adlı tədbir keçirildi — 3
NEWS FEED
02 JUNE 2026
İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 All News