Azərbaycan və Serbiya müqavilə imzaladı

Azərbaycan və Serbiya müqavilə imzaladı
08.04.2026 14:59 Sənaye və energetika

Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Serbiyaya çatdırılması çərçivəsində imzalanmış müqavilənin müddəti 2026-cı ilin sonuna qədər uzadılıb.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli əməkdaşlıq, o cümlədən enerji sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

S.Babayev iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, əməkdaşlığın möhkəm hüquqi baza və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla inkişaf etdiyini qeyd edib. O, bildirib ki, imzalanmış çoxsaylı sazişlər, Hökumətlərarası Komissiyanın və Strateji Tərəfdaşlıq Şurasının fəaliyyəti əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Enerji əməkdaşlığının əsas istiqamətlərinə toxunan nazir 2023-cü ildən Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Serbiyaya çatdırılmasının tərəfdaşlığın mühüm nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, bu çərçivədə imzalanmış müqavilə 2026-cı ilin sonunadək uzadılıb və hazırda qaz təchizatı həyata keçirilir.

D.Djedoviç iki ölkə arasında enerji sahəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin önəmini vurğulayıb. O, fevral ayında imzalanmış və Serbiyada qaz-turbin elektrik stansiyasının tikintisini nəzərdə tutan sazişin regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Görüşdə həmçinin neft və neft məhsulları, elektrik enerjisi, eləcə də "yaşıl enerji" və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 All News