Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı

Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı
02.06.2026 09:44 İdman

“Liverpul” klubunun baş məşqçisi vəzifəsindən ayrılan Arne Slotun istefası ilə bağlı yeni detallar məlum olub.

TodayPress TV xəbər verir ki, “The Athletic”in məlumatına görə, şənbə günü səhər klubun idman direktoru Riçard Hyuz bu qərarı niderlandlı mütəxəssisə çatdırıb.

Mənbənin yazdığına görə, Slot belə bir qərarı gözləmirdi. O, son günlərə qədər komandanın mövsümöncəsi hazırlıq proqramı və yay transfer kampaniyası ilə bağlı müzakirələrdə fəal iştirak edirdi. Mütəxəssis şənbə gününədək futbolçularla yay planları və yeni mövsümə hazırlıq məsələlərini müzakirə edir, buraxılan səhvləri düzəltmək üçün ona daha bir şans veriləcəyinə inanırdı.

Bundan əlavə, Slot keçmişdə “Feyenoord”da birgə çalışdığı köməkçisi Etyen Reynenin yayda məşqçilər korpusuna qoşulması barədə razılıq əldə etmişdi.

Qeyd edək ki, daha əvvəl “Liverpul”un rəhbərliyi - idman direktoru Riçard Hyuz və futbol üzrə baş icraçı direktoru Maykl Edvards - nəticələrin pisləşməsinə təsir göstərən amilləri nəzərə alaraq Slotu dəstəkləyəcəklərini bildirmişdilər. Lakin mövsüm başa çatdıqdan sonra vəziyyəti təhlil edən klub rəhbərliyi həm soyunub-geyinmə otağındakı ab-havanı, həm də azarkeşlərin narazılığını nəzərə alaraq dəyişikliklərin vacib olduğu qənaətinə gəlib.

Arne Slot 2024-cü ilin yayından “Liverpul”a rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə İngiltərə çempionu olub. Geridə qalan mövsümdə isə mersisaydlılar 60 xal toplayaraq turnir cədvəlini beşinci pillədə başa vurublar.

Namiq HUN

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 All News