Zəhərsiz arıların balı antibakterial xüsusiyyətə malikdir

Zəhərsiz arıların balı antibakterial xüsusiyyətə malikdir
24.06.2025 20:00 Sağlamlıq

Sidney Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində Avstraliyada yaşayan Tetraqonula karbonaria, Tetraqonula hokinqsi və Avstroplebeia australis növ zəhərsiz arıların istehsal etdiyi balın güclü antibakterial xüsusiyyətlərə malik olduğu müəyyən edilib. 

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Applied and Environmental Microbiology” jurnalında dərc olunub.

Alimlər bildiriblər ki, bu bal növləri digər arıların istehsal etdiyi ənənəvi ballardan fərqli olaraq, həm hidrogen peroksid, həm də sabit, qeyri-peroksid antibakterial komponentlər sayəsində mikroorqanizmlərə qarşı daha davamlı təsir göstərir. Üstəlik, bu bal isidildikdən və uzun müddət saxlandıqdan sonra belə öz müalicəvi xüsusiyyətlərini qoruyur.

Mütəxəssislər hesab edirlər ki, bu cür davamlı antibakterial aktivlik xüsusilə antibiotiklərə qarşı artan müqavimətə qarşı mübarizədə təbii alternativ kimi mühüm rol oynaya bilər.

Lakin müalicəvi xüsusiyyətlərə baxmayaraq, bu balın illik istehsal həcmi çox azdır. Belə ki, hər pətəkdən cəmi yarım litr bal əldə olunur. Bununla belə, arıların sancmaması və az qulluq tələb etməsi bu balın kommersiya potensialını artırır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 IYUN 2026
Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Bütün Xəbərlər