Yerimək beynin səslərə reaksiyasını gücləndirir

Yerimək beynin səslərə reaksiyasını gücləndirir
04.11.2025 19:00 Sağlamlıq

Çin və Almaniyadan olan alimlər müəyyən ediblər ki, yerimək insan beyninin səslərə qarşı həssaslığını artırır və bu reaksiya hərəkətin istiqamətindən asılı olaraq dəyişir.

TodayPress TV xəbər verir ki, araşdırma "The Journal of Neuroscience" jurnalında dərc olunub.

Əvvəllər hərəkətin görmə qabiliyyətinə təsiri məlum idi, lakin onun eşitməyə necə təsir göstərdiyi aydın deyildi.

"Mobil EEG" cihazları taxan iştirakçılar səkkiz şəkilli trayektoriya boyunca hərəkət edərək sağ və sol qulaqlarında müxtəlif tezlikli səsləri dinləyiblər. Nəticələr göstərib ki, yeriyərkən beyin səslərlə daha yaxşı sinxronlaşır. Xüsusilə sağa dönərkən sağ qulaqdan gələn səsə, sola dönərkən isə sol qulaqdan gələn səsə beyin daha güclü reaksiya verir.

İkinci mərhələdə iştirakçılara qəfil qısa səslər təqdim olunub. Məlum olub ki, yeriyərkən beyin bu qəfil səslərə daha həssas reaksiya göstərir, xüsusilə də səs yan tərəfdən gəlirsə.

Alimlərin fikrincə, bu mexanizm beynin mühitdə daha effektiv naviqasiya etməsinə və gözlənilməz səslərə daha tez cavab verməsinə kömək edir. Kəşf gələcəkdə naviqasiya və eşitmə texnologiyalarının inkişafında istifadə oluna bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 All News