Ürək hüceyrə terapiyası üçün yeni üsul tapıldı

Ürək hüceyrə terapiyası üçün yeni üsul tapıldı
12.12.2025 18:15 Sağlamlıq

Harvard Universitetinin tədqiqatçıları ürək hüceyrə terapiyasının təhlükəsizliyini artırmağa qadir yeni yanaşma hazırlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "Science" jurnalı məlumat yayıb.

Araşdırmaya görə, öz-özünə yığılan RADA16 adlı peptid kök hüceyrələrdən yetişdirilən ürək əzələ hüceyrələrinin ürək toxumasına daha yaxşı inteqrasiya olunmasına və ritmlə sinxron işləməsinə kömək edir.

Bu hüceyrələr infarkt və ürək çatışmazlığından sonra bərpa üçün perspektivli hesab edilsə də, əsas risk transplanta sonrası aritmiyalar idi. Alimlər “kiborq orqanoidlər” adlandırılan nanoelektronikalı 3D hüceyrə strukturlarından istifadə edərək köçürülmüş hüceyrələrin davranışını real vaxtda izləyiblər. Bu texnologiya sayəsində ritmdən çıxan hüceyrələri dəqiq müəyyən etmək mümkün olub.

Tədqiqat nəticəsində məlum olub ki, RADA16 peptidi əlavə edilən hüceyrələr daha yaxşı struktur formalaşdırır, ürəklə güclü elektrik əlaqəsi qurur və demək olar ki, aritmiya yaratmır. Peptidsiz hüceyrələr isə tez-tez sinxronsuz fəaliyyət göstərən sahələr yaradır.

Alimlərin sözlərinə görə, bu metod regenerativ tibbdə təhlükəsiz müalicə strategiyalarının hazırlanması üçün yeni imkanlar açır və ürək hüceyrə terapiyasının klinik tətbiqinə mane olan əsas problemlərdən birini həll edə bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə - qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 All News