Bayramda kökəlməmək üçün nə edə bilərik?

Bayramda kökəlməmək üçün nə edə bilərik?
19.03.2026 19:15 Sağlamlıq

Bayram ziyarətlərində adətən çoxlu şirniyyat və müxtəlif təamlar təqdim olunur. Buna görə də günün digər yeməklərini daha yüngül qidalarla (salat, tərəvəz və s.) keçirmək və fiziki aktivliyi artırmaq çəki artımının qarşısını almağa kömək edir.

TodayPress TV "Haber Global"a istinadən xəbər veiri ki, bunu qidalanma və pəhriz üzrə mütəxəssis Fatma Turanlı Vardarer bildirib.

O, qeyd edib ki, aşağıdakı tövsiyələrə əməl etmək faydalıdır:

  1. Sizə təqdim olunan hər şeyi yemək məcburiyyətində deyilsiniz.

  2. Kiçik porsiyalarla bir və ya iki növ yemək seçmək daha az kalori qəbul etməyə kömək edir.

  3. Diabet və yüksək təzyiq kimi xəstəlikləri olan şəxslər bayram boyunca şirniyyat və yağlı qidalardan uzaq durmalıdırlar.

  4. Bayramdan sonra bədən quruluşundan asılı olaraq 1–5 kq arası çəki artımı müşahidə oluna bilər. Bu, adətən müvəqqəti olur. Bayramdan sonra düzgün qidalanma və idmanla artıq çəkidən qurtulmaq mümkündür. Lakin artıq çəki uzun müddət qalarsa, onu vermək daha çətin olur.

  5. Az-az, amma tez-tez yeməyə çalışın. Günə mütləq səhər yeməyi ilə başlayın. Ara yeməklərdə meyvə, qoz-fındıq, kəpəkli biskvit və ya ayran kimi yüngül qidalar seçin.

  6. Porsiyaları kiçildin.

  7. Şəkərli qida və içkilərin, eləcə də şirniyyatların qəbulunu məhdudlaşdırın.

  8. Gündə 1,5–2 litr su için.

  9. Yeməklərlə birlikdə bol salat yeyin və salatlara alma sirkəsi əlavə edin.

  10. Ət, toyuq və balıq kimi zülal mənbələrini sobada və ya qril üsulu ilə bişmiş şəkildə seçin.

  11. Gündə 2 stəkan yoğurt, ayran və ya süd qəbul edin.

  12. Yeməklərə acı bibər, kəklikotu, nanə, köri və qara istiot kimi ədviyyələr əlavə edin.

  13. Hər gün bir ədəd alma, kivi və ya böyürtkən yeməyə çalışın.

  14. Gündə 2 fincan yaşıl çay için, həmçinin darçınlı və zəncəfilli çaylara üstünlük verin.

  15. Hər gün ən azı 30 dəqiqə sürətli gəzinti edin və bunu müntəzəm hala gətirin.

Mütəxəsis vurğulayıb ki, bu qaydalara əməl edərək bayram günlərini daha sağlam və balanslı şəkildə keçirə bilərsiniz.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 All News