Valeri Modebadze: “Süni intellekt mənfi təsirləri də var"

Valeri Modebadze: “Süni intellekt mənfi təsirləri də var"
05.11.2025 12:43

“Süni intellekt müxtəlif sahələrdə istifadə edilərək cəmiyyətə çoxsaylı faydalar gətirir. Lakin onun mənfi təsirləri də var”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Gürcüstan Texniki Universitetinin Beynəlxalq Münasibətlər üzrə professoru Valeri Modebadze “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda səsləndirib.

Professor bildirib ki, süni intellektin sürətli inkişafı işsizlik problemini dərinləşdirə bilər:

“Bu gün yüz minlərlə insan artıq işini itirib və bu rəqəm zaman keçdikcə artmaqda davam edir. Səbəb aydındır — süni intellekt əvvəllər yalnız insanların görə bildiyi işləri indi daha səmərəli şəkildə yerinə yetirir. Əvvəlcə fiziki fəaliyyətlər üçün yaradılmış bu texnologiya bu gün intellektual sahələrdə də insanı əvəzləyir. Hətta bəzi hallarda süni intellekt zehni tapşırıqları insanlardan daha yaxşı icra edir”.

Valeri Modebadze qeyd edib ki, “Amazon”, “Google” kimi nəhəng şirkətlərin bu texnologiyadan geniş istifadə etməsi süni intellektin iqtisadi və sosial strukturlara təsirini daha da artırır:

“Gələcəkdə milyonlarla insanın işsiz qalacağı proqnozlaşdırılır. Bu, süni intellektin əsas mənfi nəticələrindən biridir və cəmiyyətlər buna hazır olmalıdır”.

Professor süni intellektin digər təhlükəli aspektinə də diqqət çəkib:

“Süni intellekt yalnız iqtisadi sahədə deyil, hərbi məqsədlərlə də istifadə olunur. Xüsusilə, muxtar sistemlərin — yəni insan müdaxiləsi olmadan fəaliyyət göstərən avtomatik qurğuların inkişafı ciddi risk yaradır. Bu sistemlər bəzən müstəqil qərarlar verə bilir və bu, beynəlxalq təhlükəsizlik üçün yeni çağırışlar doğurur”.

Qiymət Mahir

NEWS FEED
02 JUNE 2026
Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 "Qərb gec-tez bunu başa düşəcək" – Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 DİQQƏT! Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır 09:58 Qatarın qarşısına qəflətən çıxan gənc öldü 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 All News