"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olundu

"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olundu
05.12.2025 23:40 Mədəniyyət

"Sanat Art Center"də "Jazz-Mugham" adlı xüsusi konsert təşkil olunub.

TodayPress TV xəbər verir ki, konsertdə improvizasiya, virtuoz ifa tərzi və emosional dolğunluq vahid bir musiqi nəfəsi kimi səhnədə canlandırılıb.

Konsert proqramında Azərbaycan və Fransadan olan tanınmış sənətçilər çıxış edərək öz fərdi üslubları və ustalıqları ilə gecəyə xüsusi rəng qatıblar.

Paris və Bakı arasında yaradıcılıq fəaliyyətini davam etdirən tanınmış azərbaycanlı pianoçu, bəstəkar və aranjımançı Etibar Əsədlinin musiqisi Şərq və Qərbin kəsişdiyi bir körpü kimi muğamı, cazı, xalq və akademik musiqi ünsürlərini bir araya gətirir. E.Əsədlinin ifası və kompozisiyaları Avropanın nüfuzlu səhnələrində böyük maraqla qarşılanır.

Azərbaycan musiqi səhnəsinin ən güclü və ifadəli vokallarından biri, yeni nəsil muğam ifaçılarının seçilən nümayəndəsi olan İlkin Dövlətovun səsi ənənəvi Şərq intonasiyasını müasir caz ilə ustalıqla birləşdirir və hər ifaya xüsusi emosional dərinlik qazandırır.

Azərbaycanın Əməkdar artisti, beynəlxalq festivallarda və çoxsaylı layihələrdə çıxış edən tanınmış bass ifaçısı Ruslan Hüseynovun texnikaya əsaslanan, lakin eyni zamanda yumşaq və musiqiyə xidmət edən üslubu səhnədə ritmik sabitlik və harmonik zənginlik yaradır.

Avropanın bir çox məşhur caz səhnələrində çıxış edən istedadlı fransız baraban ifaçısı Martin Vangermi (Fransa) texniki dəqiqliyi, zərb alətlərində ritmik incəlikləri və səhnədə canlı enerjisi ilə fərqlənir. Martin ifasında improvizasiya və dinamik ritmləri birləşdirərək konsertə xüsusi caz atmosferi bəxş edib.

Gecə ərzində milli Azərbaycan melodiyaları cazın müasir ritmləri ilə qovuşaraq dinləyicilərə əsl musiqi zövqü və yeni bədii təcrübə yaşadıb.

"Sanat Art Center" bu kimi layihələrlə Azərbaycan musiqisinin zənginliyini və çağdaş ifadə imkanlarını geniş auditoriyaya çatdırmağı, yerli və beynəlxalq musiqiçiləri bir araya gətirən platforma rolunu daha da gücləndirməyi hədəfləyir.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 All News