Leyla Əliyeva Qadınların Yaradıcı Forumunda

Leyla Əliyeva Qadınların Yaradıcı Forumunda
09.12.2025 20:00 Mədəniyyət

Bakıda Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə davam edən "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025" çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib.

TodayPress TV xəbər verir ki, forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Yaradıcı Azərbaycan platformasının birgə təşkilatçılığı ilə baş tutub.

Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, "KADEM" Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar, WDO-nun baş direktoru Afnan Al-Shuaibi, eləcə də Qazaxıstan, Bəhreyn və Özbəkistandan olan qadın innovatorlar və sahibkarlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən WDO-nun baş direktoru Afnan Al-Shuaibi forum təşkilatçılarına təşəkkürünü bildirib. Qadınların bilikəsaslı cəmiyyətin formalaşmasında mühüm rol oynadığına diqqət çəkib: "Bu, inkişafın və tərəqqinin göstəricisidir. Bizim əsas missiyamız qadınlara öz potensiallarını kəşf etməyə və reallaşdırmağa imkan yaratmaqdır. Qadınlar həm sahibkar, həm də mədəni innovator kimi cəmiyyətin inkişafına böyük töhfə verirlər. Biz qadınların irəliləməsi, öz işlərini tanıtması və yaradıcı layihələrini həyata keçirməsi üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq".

"KADEM" Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar qeyd edib ki, qadın yaradıcı sahələrə sonradan qatılan bir iştirakçı deyil, əslən bu sahənin köküdür, mahiyyətidir. "Qadının yaratdığı dəyərlər nəsildən-nəslə ötürülür. Azərbaycanın xalçaçılıq sənəti bunun ən gözəl nümunələrindəndir. Eyni şəkildə İznik və Kütahya çiniləri və digər sənət məktəbləri də qadının yaradıcı ruhu, sənətkarlıq bacarığı və estetik zövqü ilə formalaşıb. Türk motivləri və onların sənətdə təcəssümü qadının tarix boyu bu sahələrdəki rolunu açıq şəkildə göstərir", - deyə Sümeyye Erdoğan Bayraktar əlavə edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə forumun qadınların yaradıcılıq sahəsindəki imkanlarını və gələcək perspektivlərini müzakirə etmək üçün ideal platforma olduğunu deyib: "Bu istiqamətdə Azərbaycanda göstərilən dövlət dəstəyi olduqca əhəmiyyətlidir və təqdir olunmalıdır. Forumun əsas məqsədi mövcud boşluqları müəyyənləşdirmək, həmçinin İƏT ölkələri arasında bu sahədə əməkdaşlığı daha da gücləndirməkdir".

Forumun açılışından sonra Mövlanə Cəlaləddin Ruminin "Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol" kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).

Qeyd edək ki, Qadınların Yaradıcı Forumu çərçivəsində "Yaradıcı sənayelərdə qadınlar üçün beynəlxalq ticarət imkanlarının genişləndirilməsi", "İnnovasiya, texnologiya və investisiyanın qadınların gücləndirilməsində rolu" və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Spikerlər qadınların rəhbərlik etdiyi yaradıcı bizneslərin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovasiyaların mədəni və iqtisadi transformasiyanı sürətləndirməkdəki rolu barədə danışıblar. Vurğulanıb ki, Qadınların Yaradıcı Forumu qadın liderliyinin yaradıcı iqtisadiyyatda inkişafı, innovasiya və dayanıqlılığın təşviqi, eləcə də beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində ortaq öhdəliyi bir daha təsdiqləyir.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 All News