Kukla Teatrının “Sevgiyə açılan qapı”ları

Kukla Teatrının “Sevgiyə açılan qapı”ları
03.12.2025 16:09 Mədəniyyət

Azərbaycan Dövlət Kukla Teatrı ənənəsinə sadiq qalaraq 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar əlilliyi olan uşaq və yeniyetmələrə dəstək məqsədi ilə “Sevgiyə açılan qapı” adı altında “Açıq qapı günü keçirdi.

TodayPress TV xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

Tədbirə qatılan teatrsevərlər uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən “Dovşanın ad günü” mənzum pyesi əsasında hazırlanan eyniadlı tamaşanı izlədilər. 

Bədii nümunənin səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Birhissəli uşaq tamaşasında obrazları teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Araz Həsənli, Elnur Xəlilov, Səbinə Məmmədova, Firuzə Nəsibli və Könül Nəsibova canlandırırlar.

Əsərin ana ideyasını saxlamaqla maraqlı və rəngarəng tərtibatı, dolğun musiqi həlli ilə marağa səbəb olan bu tamaşada hadisələr bir meşədə təsvir olunur. 

Belə ki,  Canavar Dovşanı yemək üçün nə qədər cəhd göstərsə də, buna nail ola bilmir. Günlərin bir günü meşəyə soraq yayılır ki, Dövşanın ad günü olacaq. Bunu eşidən Canavar Tülkü ilə hiylə qurub Dovşanın ad gününü gözləyirlər. Dovşan, Kirpi, Alabaş, Çəpiş, Quzu, Qaranquş daim bir yerdə olur və bir-birinə kömək edirlər. 

Tülkü ilə Canavarın hiyləsini başa düşən bu zəif heyvanlar birləşib belə qərara gəlirlər ki, hamının yeganə xilas yolu bu iki vəhşini aradan götürməkdir. Ona görə də əlbir olub Tülkü ilə Canavarı məğlub edirlər. Beləcə zəif görünən güclü iradəli dostlar tamahkar yırtıcılara qalib gəlirlər. Yəni dostluq və birlik zəfər çalır.

Qeyd edək ki, nümayişdə iştirak edən tamaşaçıların əsas qismi Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) üzvləri idi.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 All News