İnsan keçmişini unutmalıdır – Orxan Saffari yazır...

İnsan keçmişini unutmalıdır – Orxan Saffari yazır...
04.09.2025 13:08 Mədəniyyət

Tez-tez əksər insanların dilindən belə sözlər eşitmək mümkündür:

Məsələn, “Keçmişi xatırla”, “İnsan keçmişini unutmamalıdır”.

Ancaq niyə? Bəlkə, bu, bir qədər romantik yanaşmadır? Yaxud azadlığa müdaxilə deyilmi həm də? Əgər bir adam öz pis keçmişini untumaq istəyirsə, bu, ona əzab verirsə, "keçmişi xatırlamaq" həqiqəti nəyinə gərəkdir?

Guya, keçmişi unudanda nə olur və yaxud keçmişi unutmamağın hansı yaxşı tərəfləri var?!

İnsanı formalaşdıran nədir: keçmişi xatırlamaq, yoxsa onu unutmaq?

Ümumiyyətlə, “Keçmişi xatırlamaq lazımdır” deyən adamlar, insanın həmin keçmişə bağlı qalmalı olduğunu düşünən adamlardır. Bu cür adamlar üçün şəxsin hazırki yaxşı məqamı yox, daha çox keçmişdə olan əzik məqamı maraqlıdır.

“Keçmişini xatırla” demək “Kim olmusan?” sualının qiyabi təhsil almış formasıdır.

Bir insana “keçmişi xatırla” kimi ittiham etmək, ona qarşı olan şüuraltı nifrətin göstəricisidir. Axı insan nə zamansa pis, hətta lap çox pis ola bilər. O, niyə onu xatırlamalıdır? Qanını qaraltmaq üçün, yoxsa özünə olduğu yaxşı məqamda “əşşşi, onsuz da, kim olmuşam?” demək üçün?

Keçmişə bağlı olmaq, keçmişi xatırlayaraq ona uyğun formada qabağa getmək ən yaxşı halda natamamlıq, özünü tapa bilməmək, gücsüz olmaq və bir az da cahillikdir.

Xatırlamaq insanı geriyə ata, yaxud da olduğu yerdə saxlaya bilər. Xatırlamaq narahatlıq və əzabdır. Keçmişi xatırlamaq, ona ilişib qalmaq gələcəyə getməkdən qorxmaqdır.

Xatırlamaq həm də tarixi məsələdir, romantikadır. Bu mənada xoş şeyləri xatırlamaq, əlbəttə, zərər deyil. Ancaq insanın kimliyi ilə bağlı xatırladığı məsələlər gələcək şəxsiyyətə ziyandır. Üstəlik, yetkin bir adamı guya "mən kim idim, kim oldum?" sualına istinadən keçmişi xatırlamağının özü də banallıqdır.

Söz yox, ola bilər, gerçək şəxsiyyət bir az da keçmişin davamıdır. Ancaq aydın insanın gələcək şəxsiyyətini keçmişə nəzərən formalaşdırması qəbuledilməzdir.

Xatırlamaq keçmişin əsiri olmaqdır, mənfi məsələləri, məsələn, ağrını, xəyanəti, utancı daşıya-daşıya yaşamaq gələcəyi məhv etməkdir.

İnsanı bu mənada daha çox formalaşdıran da məhz unutmaq bacarığıdır: yəni köhnənin yükünü ataraq yenidən doğulmaq.

Keçmiş artıq yoxdur, o, şüurumuzun yaratdığı kölgədir.

Əlbəttə, o da var, keçmişi unutmaq mümkün deyil, insanın yaddaş izlərini silmək kimi təbii bir gücü yoxdur. Ancaq ona ilişib qalmaq mövcud olmayan magik dünyada yaşamaq istəyidir.

Keçmişi xatırlamaqla özünə “Mən kiməm?” sualı verdiyini düşünən adamlar insanın sabit varlıq olmadığını başa düşməlidir.

Sabitlik olmayan yerdə isə daimi olaraq insanın “Mən kiməm?” sualı ilə özünü belə ittiham etməsi yanlışdır.

Keçmişi unutmamaq özünü təkrarlamaqdır.

Xülasə, keçmiş bitib, gələcək isə, onsuz da, özü gələcək.

Lap Kierkegaardın da dediyi kimi:

“Həyat yalnız geriyə baxaraq başa düşülə bilər, amma yalnız irəliyə doğru yaşana bilər”.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bütün Xəbərlər