Bakıda “Çili Film Proqramı-2025” adlı tədbir keçirildi

Bakıda “Çili Film Proqramı-2025” adlı tədbir keçirildi
04.12.2025 00:34 Mədəniyyət

Bakıda “Çili Film Proqramı-2025” adlı tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir mədəniyyət nazirliyinin nəzdində fəaliyyət göstərən “Yaradıcı Mərkəz” də keçirilib.

İştirakçılar arasında, ispandili müəllimləri, universitet tələbələri, Xarici İşlər Nazirliyinin əməkdaşları və digər şəxslər olub.

Əvvəlcə qonaqlara “Yaradıcı Mərkəz”in fəaliyyət istiqamətləri və indiyə qədər gördüyüş işlər barədə məlumat verilib.

Qeyd olunub ki, ötən iki il ərzində “Yaradıcı Mərkəz”də fəaliyyətlə məşğul olan 700 nəfərə serifikatlar verilib və növbəti il bu rəqəmin 1000-ə yüksəldilməsi planlaşdırılır.

Bundan başqa mərkəzdə “Startup Center”lərin fəaliyyət göstərdiyi və onların gənclər üçün öz layihələrini reallığa çevirmək imkanı yaratması vurğulanıb.

Əlavə edilib ki, bu gün keçirilən “Çili Film Proqramı 2025” mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində xarici ölkə ilə ortaq təşkil etdiyi ilk tədbirdir.

Tədbirdə çıxış edən Çilinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Juan Salazar Alvarez Azərbaycan və Çilinin bir çox müştərək cəhətləri olduğunu bildirib.

“Çili və Azərbaycan eyni dəyərləri bölüşür. Biz ölkələrimizin inkişafını və bu inkişafa nail olmaq yolunda əməkdaşlığımızı dərinləşdirmək istəyirik”, - müvəqqəti işlər vəkili qeyd edib.

Ardınca Çilidən olan film rejissoru Tomas Welss canlı bağlantı vasitəsilə proqrama qoşulub və film sahəsində öz təcrübələrini bölüşüb.

Sonra isə müxtəlif qısametrajlı animasiya filmləri nümayiş etdirilib.

Sonda isə Çilindən olan rejissor proqram iştirakçılarının suallarına cavab verib və onlarla film, animasiya sahələri barədə fikir mübadiləsi aparıb.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
İş bitdi: Ukrayna Rus cəbhəsini iki bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 Bütün Xəbərlər