117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda

117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda
19.09.2025 12:51 Mədəniyyət

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir.

TodayPress TV xəbər verir ki, ənənəvi musiqi bayramı bu il milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 fevral 2025-ci il tarixində dahi bəstəkarın yubileyi haqqında Sərəncam imzalanıb. 

Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verdiyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirib.

Sentyabrın 18-də Heydər Əliyev Sarayında festivalın rəsmi açılışı münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası nümayiş olunub.

Tamaşanı Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədr müavini Rafael Hüseynov, digər rəsmilər, diplomatik korpusun təmsilçiləri, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri, operasevərlər izləyiblər.

Üzeyir Hacıbəylinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) eyniadlı poeması əsasında 1908-ci ildə yazdığı opera bir əsrdən çoxdur ki, səhnələrin bəzəyidir.

Səhnə əsəri Əməkdar artist, rejissor Nicat Kazımov tərəfindən yeni quruluşunda hazırlanıb.

Orkestrin dirijoru Əməkdar artist Əyyub Quliyev, dekorasiyalar üzrə rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, kostyumlar üzrə rəssam Leyla Əliyeva, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

İkipərdəli, 6 şəkilli  tamaşada əsas rolları Əməkdar artist Arzu Əliyeva (Leyli), Xəyal Hüseynov (Məcnun), Taleh Yahyayev (Leylinin atası), Aytən Məhərrəmova (Leylinin anası), Mütəllim Dəmirov (Məcnunun atası), Afaq Ağayeva (Məcnunun anası), Əməkdar artistlər Təyyar Bayramov (İbn Salam), Cahangir Qurbanov (Nofəl) və başqaları oynayırlar.

Üzeyir Hacıbəylinin əbədiyaşar sənət incisi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Nümayişdən sonra tamaşanın bütün yaradıcı heyəti səhnənin önünə gəlib. Tamaşaçılar onları ayaq üstə sürəkli alqışlarla qarşılayıblar.

Bildirək ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı tarixində ilk dəfə olaraq builki musiqi bayramının tədbirləri paytaxtımızdan əlavə ölkəmizin 10-dan çox şəhər və rayonunu da əhatə edir. Unudulmaz bəstəkarın musiqi əsərləri əsasında konsert və müvafiq tədbirlərin təşkili nəzərdə tutulur.

TodayPress TV

FOTOLAR

117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 1
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 2
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 3
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 4
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 5
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 6
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 7
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 8
117 yaşlı "Leyli və Məcnun" operası yeni səhnə quruluşunda — 9
XƏBƏR LENTİ
04 IYUN 2026
Onaltımərtəbəli yaşayış binasında yanğın baş verdi - VİDEO 13:17 İrəvan sərxoş halda seçkiyə gedir 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 Bütün Xəbərlər