Səkinə Babayeva: “Kənd təsərrüfatı sahəsində qadınların töhfəsi əvəzsizdir”

Səkinə Babayeva: “Kənd təsərrüfatı sahəsində qadınların töhfəsi əvəzsizdir”
17.12.2025 11:52 Kənd Təsərrüfatı

“Kənd təsərrüfatının gələcəyi, ərzaq təhlükəsizliyinin təmin olunması və dayanıqlı inkişaf məsələləri bu gün keçirilən tədbirdə geniş müzakirə edilib, çıxışlar zamanı kənd qadınlarının aqrar sahədə oynadığı mühüm rol xüsusi vurğulanıb”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, statistik göstəricilər kənd təsərrüfatının dayanıqlı inkişafının qadınların fəal iştirakı olmadan mümkün olmadığını açıq şəkildə göstərir. Qadınların istehsal proseslərinə cəlb olunması həm sosial rifahın yüksəlməsinə, həm də ərzaq təminatının güclənməsinə mühüm töhfə verir.

Çıxışda 2016-cı ildən etibarən qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər də xatırladılıb:

“Dövlət qurumları, beynəlxalq təşkilatlar və yerli tərəfdaşların birgə fəaliyyəti nəticəsində kənd yerlərində yaşayan qadınlar üçün yeni imkanlar yaradılıb. Son illərdə regionlarda qadınların sosial və iqtisadi fəallığının artması müşahidə olunur. Xüsusilə məşğulluq proqramları, təlimlər və rəqəmsal bacarıqların inkişafına yönəlmiş layihələr kənd qadınlarının öz potensiallarını reallaşdırmasına şərait yaradıb. Pandemiya dövründə həyata keçirilən dəstək tədbirləri, o cümlədən internetə çıxış və təhsil imkanlarının genişləndirilməsi bu prosesi daha da sürətləndirib”.

Səkinə Babayeva qeyd edib ki, dünya əhalisinin böyük bir hissəsinin rifahı kənd təsərrüfatı ilə sıx bağlıdır və bu sahədə qadınların töhfəsi əvəzsizdir. Onun sözlərinə görə, qadın sahibkarlığının dəstəklənməsi, institusional mexanizmlərin gücləndirilməsi və dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi əsas prioritetlər sırasında yer alır.

Sonda bildirilib ki, həyata keçirilən təşəbbüslər kənd yerlərində yaşayan qadınların iqtisadi müstəqilliyinin artırılmasına, sosial inklüzivliyin güclənməsinə və Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatmasına mühüm töhfə verir.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 All News