Özbəkistan aqrar sığorta sektorunda Türkiyə və Azərbaycan təcrübəsindən istifadə edəcək

Özbəkistan aqrar sığorta sektorunda Türkiyə və Azərbaycan təcrübəsindən istifadə edəcək
20.05.2025 12:46 Kənd Təsərrüfatı

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta modelinin uğurlu tətbiqi və təsərrüfatların risklərini səmərəli şəkildə qarşılaması digər ölkələrin də diqqətini cəlb edir.   

TodayPress TV xəbər verir ki, Kənd təsərrüfatı məhsulların istehsalı üzrə böyük potensialı ilə seçilən Özbəkistan Respublikası müasir aqrar sığorta modelinin qurulmasında Türkiyə və Azərbaycan təcrübəsindən istifadə edəcək.   

Bununla bağlı qarşıdakı tədbirləri və atılacaq addımları müzakirə etmək məqsədilə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndəsi Botir Usmanaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 12-16 may tarixlərində Azərbaycanda səfərdə olub.   

Nümayəndə heyətinin tərkibində İqtisadiyyat və Maliyyə Nazirliyi ilə yanaşı, Özbəkistan Respublikasının Prezident Administrasiyası, Kənd Təsərrüfatı Nazirliyi, Elektron Hökumətin nümayəndələri təmsil olunur.  Bakı səfərində Özbəkistan nümayəndə heyəti Azərbaycanda aqrar sığorta mexanizmi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi (KTN), Azərbaycan Mərkəzi Bankı (AMB), Aqrar Sığorta Fondunda (ASF) görüşlər keçirib.   

Eyni zamanda nümayəndə heyətinin üzvləri Azərbaycanda aqrar sığorta sisteminin üzvü olan vasitəçi şirkətlər, eləcə də müstəqil aqrar sığorta ekspertləri ilə görüşlər keçirib, müzakirələr aparıblar.   

Bakıda keçirilən görüşlərdə kənd təsərrüfatı risklərinin sığortası ilə bağlı qüvvədə olan qanun və qaydalar, qanunvericilik bazası, onların xüsusiyyətləri və ölkənin sığorta bazarında əhəmiyyəti, Aqrar Sığorta Fondunun təşkilati strukturu, hüquqi statusu, səlahiyyət və vəzifələri, fəaliyyətinin tənzimlənməsi, Fondun vəsaitlərinin formalaşması və səmərəli istifadəsi kimi məsələlər müzakirə edilib.   

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun rəhbərliyi ilə ASF-də keçirilən görüşlərdə aqrar sığorta qaydaları, sığorta tariflərinin müəyyən edilməsi, aqrar sığortada fermerlərə dövlət dəstəyi, zərərlərin ödənilməsi və təkrar sığorta proseslərinə nəzarət kimi məsələlər müzakirə obyekti olub.   

Aqrar Sığorta Fondunun nümayəndələri Özbəkistan nümayəndə heyətinə Aqrar Sığorta İnformasiya Sisteminin (ASİS) fəaliyyəti və strukturu, onun digər informasiya sistemləri ilə inteqrasiyası, aqrar sığorta müqavilələrinin elektron bağlanması, sığortalıların hüquq və vəzifələri, müstəqil ekspertlərin fəaliyyəti, sığorta hadisələrinin araşdırılması, sığorta ödənişi prosesi mexanizmi kimi məsələlər barədə ətraflı məlumat veriblər.   

Bakı səfəri zamanı Özbəkistan nümayəndə heyəti 13-16 may tarixlərində Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") ilə də tanış olublar.   

Sərgidə Aqrar Sığorta Fondunun stendini ziyarət edən Özbəkistan nümaynədələrinə Azərbaycanda aqrar sığorta mexanizmi, sığortalanan məhsullar, aqrar sığortanın əhatə etdiyi və fermerlərlə iş, sığorta ödənişi və sair məsələlər barədə geniş məlumat verilib.   

Özbəkistan nümayəndə heyətinin rəhbəri Botir Usmanaliyev Bakıda keçirilən "Caspian Agro" 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində mayın 15-də "Aqrar sığorta sisteminin inkişaf perspektivləri: Azərbaycan təcrübəsi, çağırışlar və beynəlxalq təcrübə" mövzusunda panel müzakirələrində iştirak edib. 

B.Usmanaliyev panel müzakirəsində Özbəkistanda aqrar sektora təsir edən risklər, aqrar sığorta mexanizminin yaradılması üçün atılan addımlar, bu prosesdə Azərbaycan və Türkiyə təcrübəsindən istifadə edilməsi barədə geniş məlumat verib.   

Xatırladaq ki, böyük kənd təsərrüfatı imkanlarına və potensialına malik olan Özbəkistanda Türkiyə və Azərbaycan təcrübəsi əsasında aqrar sığorta mexanizminin yaradılmasına başlanılıb.

Aprel ayında bu ölkədə aqrar sığorta haqqında yeni qanun qəbul edilib və digər sənədlərin hazırlanmasına start verilib.

FOTOLAR

Özbəkistan aqrar sığorta sektorunda Türkiyə və Azərbaycan təcrübəsindən istifadə edəcək — 1
Özbəkistan aqrar sığorta sektorunda Türkiyə və Azərbaycan təcrübəsindən istifadə edəcək — 2
XƏBƏR LENTİ
31 MAY 2026
CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Bütün Xəbərlər