Vatsap bu telefonlarda işləməyəcək

Vatsap bu telefonlarda işləməyəcək
01.05.2026 08:50 İqtisadiyyat

Gündəlik ünsiyyətin əsas platformalarından birinə çevrilən Vatsap köhnə nəsil “Android” telefonlar üçün dəstəyini dayandırmağa hazırlaşır. Yeni qərar milyonlarla istifadəçini əhatə edəcək.

TodayPress TV xəbər verir ki, “Meta”ya məxsus mesajlaşma tətbiqi 8 sentyabr 2026-cı il tarixindən etibarən “Android 6.0”dan aşağı əməliyyat sistemlərində işləməyəcək.

Bu o deməkdir ki, daha köhnə cihazlar Vatsap ekosistemindən kənarda qalacaq.

Rəqəmlərə əsasən, “Android 5.0” və daha aşağı versiyalardan istifadə edən cihazların payı ümumi istifadəçi bazasında kiçik faiz təşkil etsə də, qlobal miqyasda bu, milyonlarla istifadəçiyə təsir göstərə bilər. Bu addımın xüsusilə 2015-ci ildən əvvəl istehsal olunan smartfonları əhatə etdiyi bildirilir.

Qərarın əsas səbəbi həm texniki inkişaf, həm də təhlükəsizlik tələbləridir. Köhnə “Android” versiyaları uzun müddətdir təhlükəsizlik yeniləmələri almadığı üçün kibertəhlükələrə daha açıq vəziyyətdədir. Bu isə Vatsap kimi şifrələnmiş rabitə sistemlərinin tam effektiv işləməsinə mane olur.

Köhnə cihazlardan istifadə edənlər üçün Vatsapda xidmətin davamı mümkün olmayacaq. Mesaj tarixçəsini qorumaq və ünsiyyəti itirməmək üçün istifadəçilərə əməliyyat sistemini yeniləmək və ya daha yeni bir cihaza keçmək tövsiyə olunub.

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 All News