Süni intellekt insan zəkasını geridə qoymağa hazırlaşır?

Süni intellekt insan zəkasını geridə qoymağa hazırlaşır?
31.07.2025 11:31 İKT

Texnologiya nəhəngləri süni “super zəka” üçün yarışır. 

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat verib. 

“ChatGPT”, “Gemini”, “Claude”, “Grok” və digər söhbət botları artıq milyonlarla istifadəçinin gündəlik həyatına daxil olub. Lakin mütəxəssislərə görə, bu sistemlər süni intellektin sadəcə görünən üzüdür. Əslində texnologiya nəhəngləri daha radikal bir məqsədin - süni super zəkanın (Artificial Superintelligence – ASI) ardındadır. 

Bu hədəf, texnologiya şirkətləri tərəfindən “gələcəyin Ay missiyası” kimi qiymətləndirilir. Məqsəd isə insan zəkasını bütün sahələrdə geridə qoyan sistemlər yaratmaqdır.

“Meta” şirkətinin rəhbəri Mark Zukerberq bu yanaşmanı “şəxsi super zəkanın hər kəsin əlində olması” kimi xarakterizə edib. 

Rəsmi tərifi olmasa da, super zəka dedikdə insanı bütün elmi sahələrdə üstələyə bilən sistemlər nəzərdə tutulur. Belə sistemlərin məlumatı anında analiz etməsi, sahələrarası əlaqə qurması, yeni elmi nəzəriyyələr irəli sürməsi və hətta etik və emosional qərarlar verməsi mümkün sayılır. 

Filosof Nick Bostromun 2014-cü ildə yayımladığı “Superintelligence” adlı əsəri bu mövzunu geniş ictimaiyyətə tanıdan əsas mənbələrdən biridir. Bostrom bu cür sistemlərin nəzarətdən çıxaraq insanlıq üçün təhlükəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib. 

Mövcud süni intellekt sistemləri hələ də “narrow AI” adlandırılan mərhələdədir. Yəni onlar yalnız spesifik tapşırıqları yerinə yetirə bilir. İnsan səviyyəsində ümumi zəka hələ reallaşmayıb, lakin bu sahədə sürətli irəliləyiş müşahidə olunur. 

Süni zəkanın aparıcı adlarından biri olan Cofrey Hinton, super zəkanın 10-20 il ərzində mümkün ola biləcəyini deyir. Mark Zukerberq isə bu müddətin cəmi 2-3 il ola biləcəyini irəli sürür. 

2025-ci ilin iyununda “Meta” şirkəti “Superintelligence Labs” adlı yeni təşkilat yaradaraq süni super zəka sahəsinə milyardlarla dollar sərmayə yatırıb. Şirkət bu məqsədlə yalnız infrastruktur və məlumat mərkəzlərinə 64–72 milyard dollar ayırıb. 

Zukerberq bildirib ki, “Meta”nın məqsədi təkcə iqtisadi səmərəlilik deyil, hər bir insana “şəxsi zəka” təqdim etməkdir. 

Əgər super zəka reallığa çevrilərsə, bu təkcə elm və texnologiya deyil, “insan olmaq” anlayışını da köklü şəkildə dəyişə bilər. 

Aysel Mətləb

XƏBƏR LENTİ
04 IYUN 2026
Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı idi, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Sürət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Bütün Xəbərlər