Microsoft Windows 11-in 26H1 sınaq versiyasını təqdim etdi

Microsoft Windows 11-in 26H1 sınaq versiyasını təqdim etdi
08.11.2025 19:30 İKT

Microsoft Windows 11-in 26H1 versiyasını sınağa təqdim edib

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, Microsoft, Windows 11 əməliyyat sisteminin yeni 26H1 versiyasının hazırlanıb sınağa göndərildiyini açıqlayıb. Şirkətin məlumatına görə, 28000 nömrəli qurma artıq Windows Insider proqramının Canary kanalında istifadəçilər üçün əlçatandır.

26H1 versiyası əsas funksional yeniliklərdən çox, sistem infrastrukturunun yenilənməsi və yeni aparat çipləri ilə uyğunluğun təmin edilməsinə yönəlib. Rəsmi olaraq adı açıqlanmayan yeni çipin Copilot+ kompüterləri üçün nəzərdə tutulan Snapdragon X2 prosessorları ilə bağlı olduğu ehtimal edilir.

Microsoft bildirib ki, yeni funksiyalar əsasən Windows 11-in 25H2 versiyasında təqdim olunmağa davam edəcək, 26H1 isə daha çox aparat uyğunluğu və platforma səviyyəsində dəyişiklikləri özündə birləşdirir.

26H1 qurması həmçinin bir neçə kiçik düzəliş təqdim edir. Onlara Canlı Altyazı funksiyasının dayanması probleminin aradan qaldırılması və hesab daxilolma zamanı Outlook pəncərəsinin görünməməsi ilə bağlı səhvin düzəldilməsi daxildir.

Microsoft hazırda Windows 11-in 25H2 versiyasının geniş yayılmasını davam etdirir. Bu yeniləmə əvvəlki 24H2 funksiyalarını aktivləşdirir və dəstək müddətini uzadır: Home və Pro versiyaları üçün 24 ay, Enterprise və Education versiyaları üçün isə 36 ay.

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə - qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 All News