Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı oldu

Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı oldu
23.05.2025 10:27 İKT

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” tərəfindən yaradılmış SİMA rəqəmsal imza daha 5 qurum tərəfindən elektron xidmətlərə inteqrasiya edilib. 

TodayPress TV xəbər verir ki, SİMA ilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlar “Caspian Drilling Company”, “ESAM İnnovations”, “ASEL Kredit” BOKT, Manato.az kredit platforması, “Foriella Mebel” MMC və şirkəti olub. 

Dənizdə qazma əməliyyatları üzrə peşəkar şirkət olan “Caspian Drilling Company”, eləcə də Proqram təminatının inkişafı və İT Həlləri xidmətlərinin göstərilməsində ixtisaslaşmış “ESAM İnnovations” şirkətləri öz daxili platformasına giriş prosesini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb. 

Azərbaycanın bir çox bölgəsində ofisləri olan “ASEL Kredit” təşkilatı və Manato.az onlayn kredit platformasında mikrokreditlərin verilməsi zamanı müqavilələrin “SİMA İmza” vasitəsilə onlayn formada imzalanmasını təmin edib.

Bundan başqa, “Foriella Mebel” şirkəti də müştərilərə kreditlə satış prosesini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb. 

Bununla da SİMA yeni nəsil rəqəmsal imza ilə tərəfdaş olan qurumların sayı 75-ə çatıb. 

Qeyd edək ki, SİMA ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır.

“SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

XƏBƏR LENTİ
01 IYUN 2026
“Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Bütün Xəbərlər