"Apple" “Flip” formatlı qatlanan "iPhone" üzərində düşünür

"Apple" “Flip” formatlı qatlanan "iPhone" üzərində düşünür
02.02.2026 07:15 İKT

"Apple" kvadrat korpuslu, şaquli “flip” formatında qatlanan "iPhone" buraxmaq imkanını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg"in texnologiya icmalçısı Mark Gurman məlumat yayıb.

Onun sözlərinə görə, mümkün yeni model "Samsung Galaxy Z Flip7" və "Motorola Razr" kimi cihazlara birbaşa rəqib ola və kompakt “qatlanan telefon” seqmentinə yönələ bilər.

Qeyd olunur ki, bu model format baxımından “kitab” tipli ilk qatlanan "iPhone" "Fold"dan fərqlənəcək. "Fold"un daha böyük ekranlı, üfüqi açılan konstruksiya ilə təqdim ediləcəyi gözlənilir.

Gurman vurğulayıb ki, “Flip” formatlı "iPhone"un buraxılışı hələlik qəti deyil. "Apple" əvvəlcə ilk qatlanan smartfonunun bazardakı uğurunu qiymətləndirməyi planlaşdırır. Həmin modelin "Samsung Galaxy Z Fold7" kimi cihazlarla rəqabət aparacağı bildirilir. Bazardan müsbət reaksiya alınarsa, "Apple" xətti fərqli form-faktorlarla genişləndirə bilər.

Məlumata görə, "Apple"ın ilk qatlanan smartfonu 2026-cı ilin sentyabrında "iPhone 18 Pro" və i"Phone 18 Pro Max" ilə birlikdə təqdim ediləcək. Baza "iPhone 18" modelinin isə 2027-ci ilin yazında çıxacağı iddia olunur.

Daha əvvəl bildirilmişdi ki, "Apple"ın qatlanan smartfonu "iPhone" tarixində ən böyük batareyaya sahib olacaq.

Qiymət Mahir

NEWS FEED
02 JUNE 2026
Sərhəddə "Kahı əməliyyatı" - 23 kq narkotik... 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 All News