"Real" ulduz futbolçusu 3 ay oynamayacaq

"Real" ulduz futbolçusu 3 ay oynamayacaq
17.07.2025 12:55 İdman

İspaniyanın nəhəng futbol klubu "Real Madrid", komandanın aparıcı oyunçusu Cud Bellinqemin mövsümün əvvəlində iştirak edə bilməyəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, klubun verdiyi məlumata görə, 22 yaşlı ingiltərəli yarımmüdafiəçi iyulun 16-da çiyin əməliyyatı keçirib.

İspaniya mediasının yazdığına görə, Bellinqem təxminən 12 həftəlik bərpa müddətinə ehtiyac duyacaq.

Xatırladaq ki, 2023-cü ilin noyabrında La Liqa qarşılaşmalarından birində çiyin çıxması baş verib və o vaxtdan etibarən çiyin dəstəyi ilə oynayırdı. Oyunçunun çiyin problemi artıq uzun müddətdir onu narahat edirdi.

Mövsümün ilk həftələri ilə yanaşı, ulduz futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunlarını da buraxacağı gözlənilir. İspaniya La Liqası 15 avqustda, Çempionlar Liqası isə 16 sentyabrda start götürəcək.

Qeyd edək ki, Bellinqem "Real Madrid"i artıq ikinci mövsümdür ki, təmsil edir. O, komandanın heyətində İspaniya çempionluğu və UEFA Çempionlar Liqasını qazanan futbolçular arasında olub.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 IYUN 2026
Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya qoy! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Bütün Xəbərlər