Qlok Ferstappeni idman əfsanələri ilə müqayisə etdi

Qlok Ferstappeni idman əfsanələri ilə müqayisə etdi
20.05.2026 12:49 İdman

Keçmiş “Formula-1” pilotu Timo Qlok dördqat dünya çempionu Maks Ferstappen haqqında yüksək fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.

Almaniyalı sabiq pilot niderlandlı sürücünü Rafael Nadal, Rocer Federer, Novak Cokoviç və Mixael Şumaxer kimi idman əfsanələri ilə müqayisə edib.

Qlok bildirib ki, Ferstappen “Formula-1”də tətbiq olunan bəzi qaydaları açıq şəkildə tənqid etməkdən çəkinmir:

“Maksa görə döngəni daha yavaş keçib sonda üstünlük qazanmaq “Formula-1”in ruhuna uyğun deyil. O, düşündüyünü hər zaman açıq deyir və məhz bu xüsusiyyət onu fərqləndirir”.

Sabiq pilot Ferstappenin simulyator yarışlarına olan həvəsindən də danışıb. Onun sözlərinə görə, Maks bir neçə il əvvəl İmolada “Formula-1” mərhələsi zamanı gecə saatlarında 24 saatlıq simulyator yarışında iştirak edib və ertəsi gün əsas yarışı qazanıb.

Qlok qeyd edib ki, Ferstappen uğur qazanmaq üçün daim öz üzərində işləyir:

“Bu insanlar - Nadal, Federer, Cokoviç, Şumaxer - hamısı daha yaxşı olmaq üçün inanılmaz zəhmət çəkiblər. Maks da məhz belədir. O, trası daha yaxşı anlamaq üçün minlərlə dövrə simulyatorda sürür”.

Qlok həmçinin bildirilib ki, Ferstappen “Nürburqrinq” trasında lisenziya testləri zamanı hər döngə və hava şəraiti barədə detallı suallar verərək mütəxəssisləri heyrətləndirib.

Namiq HUN

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 All News