FIA rəhbəri: “Biz populyarlıq üçün çalışmırıq”

FIA rəhbəri: “Biz populyarlıq üçün çalışmırıq”
15.05.2026 09:42 İdman

Məhəmməd ben Sulayem Beynəlxalq Avtomobil Federasiyasının (FIA) missiyası və “Formula-1” yarışlarındakı rolu barədə danışıb.

TodayPress TV “Forbes”a istinadən xəbər verir ki, FIA prezidenti federasiyanın əsas məqsədinin idmanda ədaləti qorumaq olduğunu bildirib.

“Əsas məsələ hər şeyin düzgün qaydada getməsinə nəzarət etməkdir. Formula One Management (FOM) kommersiya tərəfini idarə edir, FIA isə texniki və idarəedici tərəfi təmsil edir. Bütün çempionatların sahibi məhz FIA-dır”, - deyə Ben Sulayem bildirib.

O qeyd edib ki, yarışların təşkili üçün promouter lazımdır və FOM bu sahədə etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.

FIA rəhbərinin sözlərinə görə, federasiyanın işi bütün iştirakçılara qarşı ədalətli olmaq və idmanın maraqlarını qorumaqdır.

“Bu, çox çətin missiyadır. FIA-nın heç vaxt azarkeşləri olmayacaq. Çünki insanlar müəyyən komandanı və ya pilotu dəstəkləyirlər. Məsələn, stüardlar beş saniyəlik cərimə verəndə azarkeşlər qəzəblənirlər”, - deyə o vurğulayıb.

Ben Sulayem əlavə edib ki, FIA-nın məqsədi populyarlıq qazanmaq deyil, yarışlarda hamı üçün bərabər və ədalətli qərarların qəbul edilməsini təmin etməkdir.

Namiq HUN

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə-qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 All News