Çimərlik güləşçilərimizin Poreç uğuru

Çimərlik güləşçilərimizin Poreç uğuru
02.06.2025 09:41 İdman

Çimərlik güləşi üzrə Xorvatiyada keçirilən Dünya Seriyasının 2-ci mərhələsinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, Poreç turnirində iki güləşçi ilə təmsil olan komandamız bir qızıl və bir bürünc medal qazanıb. 

Dünya Seriyasının baş mükafatı çimərlik güləşi üzrə 3 qat dünya çempionu olan İbrahim Yusubovun (90 kq) aktivindədir. O, finalda ukraynalı Oleksey Yakovçukla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibini 3:2 hesabıyla məğlub edən təcrübəli güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Vüsal Əliyev (80 kq) isə bürünc medal uğrunda görüşdə amerikalı Rodrik Lavla qarşılaşıb. Güləşçimiz cəmi 13 saniyə ərzində 3:0 hesablı qələbəyə imza ataraq debüt yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, Dünya Seriyasının 3-cü mərhələsi sentyabrın 6-7-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
02 IYUN 2026
İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Bütün Xəbərlər