Bu gün Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisi start götürəcək

Bu gün Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisi start götürəcək
19.09.2025 09:08 İdman

Dünya çempionatının Bakı mərhələsinin ilk günündə iki sərbəst yürüş keçiriləcək.

TodayPress TV xəbər verir ki, sayca 9-cu olacaq yarışda əvvəlcə “Formula 2” kateqoriyasında sərbəst yürüş baş tutacaq. 

Daha sonra “Formula 1” kateqoriyasında ilk sərbəst yürüş, gün ərzində isə “Formula 2”də sıralama turu, ardınca “Formula 1”də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi üç gün davam edəcək. Sentyabrın 20-də “Formula 1” üzrə sərbəst yürüşlər və “Formula 2” üzrə sprint yarışı keçiriləcək. Sentyabrın 21-də isə əsas yarış baş tutacaq.

Azərbaycan Qran Prisinədək “Maklaren” pilotu Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris (293 xal) ikinci, "Red Bull"dan Maks Ferstappen (230 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda isə “Maklaren” komandası 617 xalla liderdir. “Ferrari" ikinci (280 xal), “Mersedes” (260 xal) üçüncü pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Avropa çempionatı: Azərbaycan millisi Çexiyanı məğlub edərək yarımfinala yüksəldi 01:19 Səhvən dünyanın ən varlı adamı olan azərbaycanlının başı bəlaya düşdü 00:13 Maştağada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 23:35 Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Bütün Xəbərlər