Bakıda atletika üzrə beynəlxalq yarışa start verildi

Bakıda atletika üzrə beynəlxalq yarışa start verildi
23.05.2026 19:30 İdman

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Dünya Atletikasının dəstəyi ilə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq memoriala start verilib.

TodayPress TV xəbər verir ki, açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov Əfqan Səfərovun ölkəmizdə atletikanın inkişafı yolunda xidmətlərindən danışaraq memorialın nüfuzlu yarışlara seçim baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Dünya Atletikasının təqvim platformasına daxil olan yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan, Qırğızıstan və Tacikistandan ümumilikdə 80-ə yaxın idmançı mübarizə aparır.

Memorialın ilk günündə 100 metr məsafəyə qaçış üzrə kişilər və qadınlar arasında müvafiq olaraq Tembo Con və Lamiyə Vəliyeva, 400 metr məsafəyə qaçışda Qırğızıstan təmsilçisi Ruslan Litovski və İlahə Quliyeva, 1500 metr məsafəyə qaçışda isə Bəxtiyar Əsgərli turnirin qalibi olublar. Üç təkanla tullanmada Rüstəm Məmmədov və Yekaterina Sarıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Nüvə itələmə növündə isə İsmayıl Əliyev və Səkinə Hacızadə qalib adını qazanıblar.

Qeyd edək ki, memorial Avropa çempionatı, Balkan çempionatı və aşağı yaş qrupları üzrə nüfuzlu yarışlarda iştirak edəcək idmançıların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 All News