Azərbaycan güləşçiləri Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan güləşçiləri Avropa çempionatında mübarizəyə başlayır
20.05.2026 00:34 İdman

Azərbaycan güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçiriləcək növbəti Avropa çempionatında iştirak edəcəklər.

TodayPress TV xəbər verir ki, U-17 yaş qrupunun ardınca eyni məkanda U-15 qitə birinciliyi təşkil olunacaq.

Mayın 20-dən 24-dək davam edəcək məsul yarışda hər 3 güləş növü üzrə millimizin üzvləri ölkəmizi təmsil edəcəklər.

Yunan-Roma güləşi üzrə komandanın tərkibində Hüseyn Əmrahlı (38 kq), Xudayar Kərimov (41 kq), Paşa Aslan (44 kq), Pünhan Şahmarov (48 kq), Rəsul Əhmədli (52 kq), Sadiq Vəlizadə (57 kq), Raul Məmmədzadə (62 kq), İbrahim Məmmədzadə (68 kq), Süleyman Verdiyev (75 kq) və Fikrət Baxşəliyev (85 kq) yer alıb. Onlar böyük məşqçi Taleh Məmmədov, məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlının rəhbərliyi altında xalçaya çıxacaqlar.

Qızların yarışında böyük məşqçi Mariya Stadnik, məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında Ülviyyə Musayeva (33 kq), Gülay Xasməmmədova (36 kq), Nərgiz Cəfərzadə (39 kq), Leyla Əsgərova (42 kq), Mədinə Kərimova (46 kq), Günel Kərimli (50 kq), Ləman Əliyeva (54 kq), Zərifə Alızadə (58 kq), Aylin Həsənli (62 kq) və Fatimə Qayqiyeva (66 kq) mübarizə aparacaq.

Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun rəhbərliyi altında isə Yusif Abdullayev (38 kq), Elman İsmayılov (41 kq), Məhəmməd Kərimov (44 kq), Əli Baloğlanov (48 kq), Adəm Quliyev (52 kq), Yılmaz Səmədov (57 kq), Yusif Hüseynov (62 kq), Yusif Bədəlov (68 kq), Xəyal Şükürlü (75 kq) və Elvin Necəfzadə (85 kq) isə sərbəst güləşçilər arasında uğur qazanmağa çalışacaq.

U-15 Avropa çempionatında beynəlxalq dərəcəli hakimlərimiz Sevinc Yusibova və Samil Fəttayevlə yanaşı, milli kateqoriyalı Nihad Muradov da ədaləti qoruyacaq.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 All News